Xalid Əhədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xalid Əhədov
bayraq
Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi
bayraq2
Vəzifədədir
17 noyabr 2022-ci ildən
bayraq
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
bayraq2
2018 – 17 noyabr 2022
Şəxsi məlumatlar
Doğum tarixi 4 fevral 1980(1980-02-04) (44 yaş)
Təhsili Azərbaycan Dövlət İqtisad Universiteti
IE Business School
London School of Economics and Political Science
Fəaliyyəti iqtisadçı

Xalid Nurəddin oğlu Əhədov (4 fevral 1980) — Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi.

Həyatı

Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın Instituto de Empresa (IE) biznes məktəbində Biznesin idarə edilməsi, 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) Dövlət inzibatçılığı üzrə magistr dərəcəsi alıb.

İngilis, rus, ispantürk dillərini bilir.

İctimai-siyasi fəaliyyəti

1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. "Bank of Baku"-da (1999–2012), "Unibank"-da (2012–2016) müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin "Atəşgah sığorta"nın Müşahidə Şurasının üzvü, "Millikart" prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub.

2016-cı ildə "AzərTürkBank"-ın İdarə Heyətinin sədri, 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib.

2018-ci ilin 28 avqust tarixindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi[1][2], 2022-ci ilin 17 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir[3].

Azərbaycan Respublikasının İqtisadi Şurasının, "ABB" ASC-nin, "Azərbaycan Hava Yolları" QSC-nin, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin Müşahidə Şurasının üzvü, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Müşahidə Şurasının sədridir.

Ailəsi

Ailəlidir, üç övladı var. Atası Nurəddin Əhədov Azərbaycan Ali Sovetinin XII çağırış deputatı olmuşdur.[4]

İstinadlar

  1. "Birinci vitse-prezidentə yeni köməkçilər təyin edilib". 2018-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-28.
  2. "X. N. Əhədovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-15.
  3. "X.N.Əhədovun Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-17.
  4. "Prezidentin yeni köməkçisi kimdir?". 2023-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-16.