Xalid Kazımov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xalid Kazımov
Doğum tarixi 2 oktyabr 1978(1978-10-02) (45 yaş)
Doğum yeri
Fəaliyyəti jurnalist

Kazımov Xalid Vahid oğlu (Xalid Vahidoğlu) — Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri.

Həyatı

Xalid Kazımov 1978-ci il oktyabrın 2-də dünyaya gəlib. 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub, 2000-ci ildə bu fakültəni bitirib. 2008-ci ildə Bakı Dövlət Universitetində Azərbaycan dili ixtisası üzrə magistr dərəcəsi alıb. Tələbəlik illərindən ictimi-siyasi proseslərdə fəallıq göstərib. 1998-ci ildən mətbuatda çalışır. Mətbuatda yüzlərlə araşdırma yazısının müəllifidir. Apardığı jurnalist araşdırmalarına görə dəfələrlə mükafatlandırılıb. 2008-ci ilin sentyabrında Regional İnsan Hüquqları və Media Mərkəzini (http://regionalhumanrights.org ) təsis edib və hazırda həmin mərkəzə rəhbərlik edir. Onun rəhbərliyi ilə təşkilat beynəlxalq və yerli donorların dəstəyi ilə 10-dək layihəni uğurla icra edib.

Üç elmi, 150-dən çox publisistik məqalənin müəllifidir.

Evlidir, 2 övladı var.

Siyasi fəaliyyəti

2000-ci il parlament seçkilərində Xalid Kazımov Müsavat Partiyasının proporsional seçki üzrə vahid namizədlər siyahısında partiya daxili keçirilmiş praymerizə əsasən 24-cü sırada olmuşdur.[1] Müsavat Partiyası proporsional seçkilər üzrə 140 546 səs (ümumi səslərin 4,85%-i) toplamış, lakin 6%-lik seçki həddini keçə bilmədiyi üçün mandat qazana bilməmişdir. Beləliklə, Xalid Kazımov deputat seçilə bilməmişdir.[2][3]

Kitabları

  • "Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə".

İstinadlar

  1. "2000-ci ilin və bu günün Müsavat Partiyası - deputatlığa namizədləri müqayisə etsək... (FOTOLAR)". musavat.com. 2023-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-08.
  2. "2000-ci il parlament seçkilərinin nəticəsi". 2011-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-30.
  3. "2000-2001-ci illər parlament seçkiləri haqqında yekun hesabat" (PDF). 2021-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-30.