Xalq Cəbhəsi (qəzet)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Xalq Cəbhəsi
Növ Gündəlik ictimai-siyasi qəzet
Format A3
Baş redaktor Elçin Mirzəbəyli
Yaranma tarixi 20 noyabr 2001
Dil Azərbaycan dili
Səhifə 16
Ünvan Bakı
www.xalqcebhesi.az

"Xalq Cəbhəsi" qəzeti — Gündəlik ictimai-siyasi qəzet.

Tarixi

İlk nömrəsi 20 noyabr 2001-ci ildə çap olunmuşdur. Qəzetin ilk baş redaktoru Vüsalə Mahirqızı olmuşdur. Qəzetə müxtəlif illərdə Bəhmən Faziloğlu və Cavanşir Həsənli rəhbərlik edib. 2006-ci ildən etibarən "Xalq Cəbhəsi" qəzetinə Elçin Mirzəbəyli rəhbərlik edir.

"Xalq Cəbhəsi" qəzeti həftənin bazar və bazar ertəsi istisna olmaqla, həftənin 5 günü yayımlanır.

Qəzetin informasiya siyasətində Türk Dünyası və Güney Azərbaycan haqqında olan xəbərlər aparıcı yer tutur.

Qəzet Ədalət, Hüquq, Demokratiya Partiyası ideoloji, siyasi xəttini dəstəkləyir.[1]

İstinadlar

  1. Sadıqov, Pərviz. ""Mətbuatımızda Bütöv Azərbaycan mövzusunun işıqlandırılma miqyası və səviyyəsi qənaətbəxş deyil"". 525.az. 2023-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-20.

Xarici keçidlər