Vüsalə Mahirqızı

Abışova Vüsalə Mahir qızı (5 avqust 1979, Lək, Ucar rayonu) — Əməkdar jurnalist; "APA-Holding" MMC-nin prezidenti.

Vüsalə Mahirqızı
Doğum tarixi 5 avqust 1979(1979-08-05) (44 yaş)
Doğum yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti jurnalist
Mükafatları "Tərəqqi" medalı
"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2010

Həyatı[redaktə | mənbəni redaktə et]

1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olub. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirib. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, ixtisası folklorşünas-mifoloqdur.

2005-ci ildə ixtisasca həkim olub iş adamı kimi fəaliyyət göstərən Türkiyə vətəndaşı Edip Nabikoğlu ilə ailə həyatə qurub. Sara adlı bir qızı var.

[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlayıb. "Bakı Universiteti", "Hürriyyət" qəzetləri ilə əməkdaşlıq edib, 1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışıb.

2000–2001-ci illərdə "Məkan" qəzetində baş redaktor müavini işləyib. 2001–2003-cü illərdə "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərib.

2004-cü ilin noyabr ayından "Azəri-Press" İnformasiya Agentliyini (APA) təsis edib. 2007-ci ildə Azərbaycanın ilk idman agentliyi olan "APASport" agentliyini təsis edib. 2008-ci ildən etibarən "Lent.Az" İnformasiya Agentliyini, 2009-cu ildən isə "Vesti.az İnformasiya Agentliyini, 2010-cu ildən isə rus dilində fəaliyyət göstərən "APA-Ekonomist" jurnalını təsis edib. 2011-ci ildə "APA Servis" MMC-ni təsis edib.

Azərbaycan Jurnalistlərinin III (I) qurultayında Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilib.

22 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına,22 İyul 2020-ci ildə "Tərəqqi" medalına layiq görülüb. 22 iyul 2012-ci ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatına layiq görülüb.

ABŞ, Fransa, Türkiyədə istehsalat təcrübələri keçib. Beynəlxalq səviyyəli tədbirlərdə media ilə bağlı çıxışlar, Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı məruzələr edir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Xarici vətəndaşlarla ailə quran azərbaycanlı jurnalistlər". 2017-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-30.
  2. "TİMETURK". 2017-07-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-28.