Yığcam naz

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yığcam naz
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yığcam naz (lat. Genista compacta) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü.

Təbii yayılması

İtaliya və Cənub-Şərqi Avropada yayılmışdır. Bu növ Böyük Qafqaz dağlarından orta qurşağa kimi daşlı yamaclarda bitir.

Botaniki təsviri

Hündürlüyü 30-50 sm-ə qədər olan, sürünən gövdəli, həmişəyaşıl yarpaqları olan koldur. Bu bitkinin yarpaqları uzunsov-ellipsvari, uzunluğu 2,5 sm-ə qədərdir. Yarpaqların aşağı hissəsi yumşaq tükcüklərlə örtülmüşdür. Sarı rəngli oturaq çiçəkləri iyun-iyul aylarında budaqların uc və ya qoltuq hissələrində salxımlar əmələ gətirir. Çiçəkləmə müddəti 40-65 gündür. Çiçəkləri zərif, nazik kasayarpaqları ilə örtülmüşdür. Paxlaları ensiz, uzunsov, bir qədər əyilmiş formada olub, çox toxumludur. Toxumları mərcimək formalı, yumru, müxtəlif künclüdür. Toxumla və ya qələmlə çoxaldılır. Vegetativ çoxaldılma zamanı qələmlərin kökvermə faizi aşağı olduğu üçün stimulyatorlardan istifadə etmək məsləhət görülür. Kök atmış qələmlər yazda əvvəlcədən hazırlanmış xüsusi sahələrə əkilir.

Ekologiyası

Quru yamaclarda, qayaların, daş divarların ətrafında əkilməsi məsləhət görülür. Bu bitki xüsusi qulluq tələb etmir, günəşli sahədə yaxşı inkişaf edir. İşıqsevən, quraqlığa və soyuğadavamlıdır.

Azərbaycanda yayılması

Böyük Qafqaz dağlarında, orta qurşağa kimi daşlı yamaclarda bitir.

İstifadəsi

Boyaq bitkisi kimi geniş isifadə edilir.

İstinadlar

Həmçinin bax