Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü
Tarixi 1991[1]
Ölçüləri 213 sm ×
Materialı Formaldehid, Pələng köpəkbalığı, Şüşə
Saxlanıldığı yer

Yaşayan birinin zehnində ölümün fiziki mümkünsüzlüyü1991-ci ildə "Gənc Britaniyalı Rəssamlar" dərnəyinin aparıcı üzvü, ingilis rəssam Demien Hörst tərəfindən yaradılmış sənət əsəri. O, vitrinin içində, formaldehiddə qorunmuş bir pələng köpəkbalığından ibarətdir. Əvvəlcə 1991-ci ildə Çarlz Saatçıya tapşırıldı, o da sənət əsərini 2004-cü ildə Stiven A.Kohenə satdı. Məbləğ gizli qalsa da, ən azı 8 milyon dollar olduğu deyilir. Amma Don Tompsonun "12 milyon dollarlıq ölü köpəkbalığı: müasir incəsənətin qəribə iqtisadiyyatı" adlı kitabının başlığı daha yüksək qiymət təklif edir.

14 futluq (4.3 m) orijinal pələng köpəkbalığının pozulması səbəbiylə, 2006-cı ildə yeni bir örnəklə dəyişdirildi. 2007-ci ildən 2010-cu ilə qədər Nyu Yorkdakı "Mitropolit İncəsənət Muzeyi"nə borc verildi.[2]

Əsər 1990-cı illər Britaniya incəsənətinin[3] ikonik nümunəsi hesab olunur və bütün dünyada Britartın simvoluna çevrilib.[4]

İstinadlar

  1. 1 2 3 Make Lists, Not War (ing.). 2013.
  2. Smith, Roberta (16 October 2007). "Just When You Thought It Was Safe" Arxivləşdirilib 2008-12-11 at the Wayback Machine. The New York Times
  3. Brooks, Richard. "Hirst's shark is sold to America" Arxivləşdirilib 2021-05-20 at the Wayback Machine, The Sunday Times, 16 yanvar, 2005.
  4. Davies, Serena. "Why painting is back in the frame" Arxivləşdirilib 2021-05-20 at the Wayback Machine, The Daily Telegraph, 8 yanvar, 2005.