Yaqub Budaqov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yaqub Budaqov
Yaqub Qurban oğlu Budaqov
Doğum tarixi
Doğum yeri Sovetabad kəndi (İndiki Xətai küçəsi), Babək rayonu, ZSFSR, SSRİ
Vəfat tarixi (65 yaşında)
Vəfat yeri Naxçıvan, Naxçıvan MR, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Tibb İnstitunun (İndiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsi
Mükafatları "Azərbaycan Respublikasının Əməkdar həkimi"

Yaqub Qurban oğlu Budaqov (d. 22 dekabr 1927, Babək rayonu, ZSFSR, SSRİ — ö. 2 oktyabr 1993, Naxçıvan, Naxçıvan MR, Azərbaycan) — həkim-nevropatoloq, tibb elmləri namizədiAzərbaycan Respublikasının əməkdar həkimi.[1]

Həyatı

Yaqub Budaqov 1927-ci ildə Babək rayonunun Sovetabad kəndində (indiki Xətai küçəsi) anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Dövlət Tibb İnstitunun (İndiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsini bitirmişdir. 1964-cü ildə tibb elmlər namizədiAzərbaycan Respublikasının əməkdar həkimi olmuşdur. 1957-ci və 1993-cü illər arasında, Naxçıvan Respublika Xəstəxanasında nevropotologiya şöbəsinin müdiri, eyni zamanda Naxçıvan MR-ın Səhiyyə Nazirliyinin baş nevropatoloqu vəzifəsində işləmişdir. 1993-cü ilin oktyabr ayının 2-də Naxçıvan şəhərində 65 yaşında vəfat etmişdir.[1]

Xatirəsi

1994-cü ildə Naxçıvan MR Psixonevroloji Dispanserinə Yaqub Budaqovun adı verilmişdir.[1]

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 Budaqov Yaqub Qurban oğlu // Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 98. ISBN 5-8066-1468-9.