Yarpaqlı sarıbaş

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yarpaqlı sarıbaş
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yarpaqlı sarıbaş (lat. Kalidium foliatum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sarıbaş (bitki) cinsinə aid bitki növü.

Təbii yayılması

Şərqi Qafqazda, Qərbi Monqolustanda, Altayda, Avropada, Orta Asiyada yayılmışdır.

Botaniki təsviri

Nazik, birillik zoğları olan, alçaq, möhkəm çinli kolcuqdur. Yarpaqları xırda, xətvari, oraqvari əyilmiş, göyümtül, çılpaq, sulu, alt tərəfi qabarıq, ucu əyilmiş, oturaqdır. Sünbülləri uzunsov-silindrikdir. Meyvələrində çiçəkyanlığı qalxanvari, 4-5 bucaqlı, sarımtıl və ya qırmızı, kənarları yuxarıya burulmuş və mərkəzində kiçik qabarcıqlı qalxan əmələ gətirir. Toxumları şaquli, yumru, diametri təxminən 1 mm-dir.

Ekologiyası

Şoran torpaqlarda bitir. İstiyə, quraqlığa davamlıdır.

Azərbaycanda yayılması

Böyük Qafqazda və Naxçıvan MR-da dağətəyi zonalarda yayılmışdır.

İstifadəsi

Payızda və qışda dəvələr, qoyunlar və keçilər üçün yemdir. Potaş və sodanın alınması üçün materialdır. Nadir növdür.

İstinadlar

Həmçinin bax