Yasəmənçiçək topulqa

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yasəmənçiçək topulqa
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Spiraea × syringiflora

Yasəmənçiçək topulqa (lat. Spiraea × syringiflora) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin topulqa cinsinə aid bitki növü.

Təbii yayılması

Rusiyanın meşə və yarımsəhra zonasının şimal sərhəddində bitir.

Botaniki təsviri

Hündürlüyü 1,2 m-dək, sıx budaqlı, lansetvari yarpaqlı, enli, piramidal süpürgələrdə bənövşəyi-qırmızı, xırda çiçəkləri olan koldur. İyuldan şaxtalar düşəndən çiçəkləyir. Meyvələri oktyabrda yetişir.

Ekologiyası

Qışa davamlılığı ortadır.

Azərbaycanda yayılması

Azərbaycanda bir çox rayonlarda park və bağlarda mədəni şəraitdə becərilir.

İstifadəsi

Canlı hasarlarda və bordürlərdə xüsusilə effektlidir.

İstinadlar

Həmçinin bax