Yaxınlıq sensoru

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İnduktiv yaxınlıq sensoru

Yaxınlıq sensoru (ing. Proximity sensor) obyektə toxunmadan onun yaxınlaşmağını, mövcudluğunu hiss edən həssas qurğudur.[1] Bir çox istehsal proseslərində istifadə edilir.

Növləri

3 tipi var: induktiv, maqnetik və tutum.[2]

İnduktiv yaxınlıq sensorları - ucunda dolaq yerləşdirilmiş sensolardır. Bu dolaq yüksək tezlikli maqnit sahəsi yaradır. Metal cisim bu maqnit sahəsinə yaxınlaşdıqda metalda induksiya olunan cərəyan sensorda rəqslərin dayanması və ya azalması ilə nəticələnir və termal itkiyə səbəb olur. Bu dəyişiklik həssas dövrə vasitəsilə müəyyən olunur, çıxış dövrəsini aktivləşdirir.[2]

Tutum yaxınlıq sensorları - cisim və sensor arasındakı elektrostatik tutumun dəyişməsini müəyyən edir. Sensorun hiss etmə sahəsinə cisim yaxınlaşdıqda dielektrik xassəsi göstərir və beləliklə, tutum dəyişir.[2]

Xüsusiyyətləri

Yaxınlıq sensorları limit sviçdən fərqli olaraq heç bir mexaniki kontakt olmadan obyekti müəyyən edə bilir. Kontaktsız işləmə xüsusiyyəti onların işləmə müddətinin artmasına səbəb olur. Həmçinin bu növ sensorlar müxtəlif zərərli mühitlərdə istifadə oluna bilir.[3]

İstinadlar

  1. "Proximity Sensor". techopedia. 2022-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2019.
  2. 1 2 3 "What are proximity sensors?". motioncontroltips. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2019.
  3. "Proximity Sensors". Omron.com. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9.07.2019.