Yedek dili

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yedek dili
Ölkə Malayziya
Region Kelantan
Danışanların ümumi sayı 280 nəfər (2017)[1]
Təsnifatı

Avstroasiya dilləri

Asliya dilləri
Şimali Asliya dilləri
Dil kodları
Glottolog jede1239

Yedek diliMalayziyanın Kelantan ştatında 2017-ci ildə qeydə alınan dil.[2] Yedek dilində danışanlar özlərini etnik batek və menriq kimi təqdim etsələr də, dilləri digər dillərdən çox fərqlidir.[1]

Dili danışanlar heç bir adı daşımırlar. Yaxınlıqdakı xalqlar onları yedeklər çağırırlar.

Haqqında

Yedek dilində təxminən 280 nəfər danışır.[3] Bu dildən Malayziyanın Kelantan ştatının Yeli rayonunda, Yeli qəsəbəsinin cənubunda, Rual çayının üzərindəki Sunqay Rualda istifadə edirlər.[1]

2017-ci ildə Lund Universitetinin alimləri tərəfindən qeydə alınmışdır. Yox olma təhlükəsindədir.[4]

Xüsusiyyətləri

  • Mülkiyyət, sahiblik sözlərinin qarşılığı və yiyəlik əvəzlikləri yoxdur.
  • İngilis dilində olduğu kimi qadın-kişi fərqi qoyulmur.
  • Paylaşmaq sözü 10 müxtəlif sözlə ifadə oluna bilir.
  • Rəqabət və yarışmaq kimi sözlər yoxdur.[4]

İstinadlar

  1. 1 2 3 Yager, Joanne and Niclas Burenhult. 2017. Jedek: A newly discovered Aslian variety of Malaysia Arxivləşdirilib 2018-02-09 at the Wayback Machine. Linguistic Typology. 21(3): 493-545. Retrieved 8 Feb. 2018, from doi:10.1515/lingty-2017-0012
  2. "Language previously unknown to linguists discovered in Southeast Asia". ScienceDaily. 6 February 2018. 8 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2018.
  3. "Unknown Language Discovered in Malaysia". Smithsonian. 9 February 2018. 19 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 February 2018.
  4. 1 2 "Malezya'da Keşfedilen 'Jedek' Dili Le Guin'in "Mülksüzler"ine Yaraşır Cinsten!". Kayıp Rıhtım (türkcə). 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2018.