Dünyada danışılan dillərin hamısı bir Dil Ailəsinə mənsubdur. Ən doğru təsnif etmə, kökə görə edilmiş olan 'dil ailələri' təsnif etməsidir. Yəni eyni dil ailəsinə mənsub dillərin, eyni kökdən, bəlkə də eyni primitiv dildən törədiyi qəbul edilir.
Çox dilin yazılı tarixi çox qısa olduğu üçün, çox az dilin qəti kökü bilinməkdədir. Dil ailələrinin təyin olunması, uzun elmi işlər nəticəsində mümkün olmuşdur.
Dil ailələri ağac sxemi olaraq göstərildikləri üçün özlərinə dil ağacı da deyilir. Bu səbəblə, alt hissələrinə də dil qolları deyilir. Bəzi dillər, heç bir qola bağlı deyildirlər və buna görə onlara mücərrədlənmiş dillər deyilir. Məsələn Yunanca, Hind Avropa Dil Ailəsinə mənsub mücərrədlənmiş bir dildir.
Köklərinə görə təməl dil ailələri bunlardır:
Hind-İran dilləri: Hind, Benqal, Pəncab, Fars
Ərəb, ivrit, arami, süryani və Tunis dilləri, Həbəş–zənci dilləri və ölü dil sayılan akkad dili.
Qədim Misir dili, qibti dili.
Çin, Tibet və Birma dilləri.
Orta və Cənubi Afrikada danışılan Bantu dilləri.
1.Abxaz-Adıq qrupu
Qafqaz dillərinin şimal-qərb qrupu. Buraya abxaz, abaza, ubıx, adıge və kabardin-çərkəz dilləri daxildir.
2.Kartveli qrupu
Şimali kartvel qrupu-svan dili, zan qrupu-meqrel və laz dilləri və cənubi kartvel qrupu-gürcü dili. Gürcü dili onlarla ləhcəyə və yüzlərlə şivəyə sahibdir. Zan qrupu bəzən bir dil, lazca və meqrelcə isə onun ləhçələri hesab edilirlər. Şimali kartvel qrupunu təşkil edən svan dili özlüyündə dörd ləhcəni ehtiva edir: yuxarıbal, aşağıbal, laşx və lentex ləhcələri hazırkı Gürcüstan Respublikasının şimalında dağlıq bölgədə dar ərazidə İnqura və Tsxenis-Tsxali yüksəklikləri arasında yayılmışdır, bütün ləhcələri bir-birindən xeyli ölçüdə fərqlənir.
3.Nax-Dağıstan qrupu
Türk dilləri ailəsi, monqol, mancur, tunquz, koreya və yapon.
Dil haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |