Yenidənyazma (süjet)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Yenidənyazma və ya rebut[1] (ing. Reboot) — eyni personajlardan və ideyalardan istifadə edən, lakin seriyada əvvəlki əsərlərdə baş tutan hadisələrə məhəl qoymayan, yeni süjet xətti yaradan bədii əsərin (film, kompüter oyunu, komiks və s.) yeni versiyası.[2] Yenidənyazma seriyadakı köhnə girişlərin süjetini ləğv etmədiyi təqdirdə, bu, yumşaq yenidənyazma adlanır və hər halda, bir çox cəhətdən hekayəni sıfırdan başladır.[3]

Yenidənyazmanın əsas məqsədi yeni fanatlar cəlb etmək və gəliri artırmaq üçün seriyanı "canlandırmaq"dır.[2] Beləliklə, yenidənyazma köhnəlmiş seriyanı xilas etmək cəhdi kimi qiymətləndirilə bilər.[4] Bundan əlavə, seriyanın sıfırdan başlaması qazanc baxımından kifayət qədər təhlükəsiz layihədir, çünki tanınmış personajların olduğu əsərin artıq mövcud fanatları var və buna görə də tamamilə orijinal əsərdən daha az risklidir.[5]

İstinadlar

  1. Е. Н., Шагалова. Словарь новейших иностранных слов. АСТ-ПРЕСС КНИГА. 2017. ISBN 978-5-462-01845-9.
  2. 1 2 Willits, Thomas R. "To Reboot or Not to Reboot: What is the Solution?". bewilderingstories.com. 2009. 2012-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-09.
  3. Agar, Chris. "Why Soft Reboots Are the Ideal Compromise Between Remakes & Sequels". Screen Rant. 2016-02-11. 2020-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-17.
  4. Tallerico, Brian. "Twenty Film Franchises in Need of a Reboot". movieretriever.com. 2009-04-27. 2012-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-12-09.
  5. Sunday Discussion: The Mighty Hollywood Reboot Trend Arxivləşdirilib 2010-08-28 at the Wayback Machine. Firstshowing.net (October 6, 2008).