Yerusəlim gülləbaranı (2021)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yerusəlim gülləbaranı
Əsas münaqişə: İsrail–Fələstin münaqişəsi

İsrail polisi tərəfindən yayımlanan video.
Ümumi məlumatlar
31°46′38″ şm. e. 35°14′04″ ş. u.
Yeri Yerusəlim
Tarix
  • 21 noyabr 2021
Hücum metodu silahlı hücum
Silah(lar) "Carlo" avtomatı[1]
Ölü sayı 2 (cinayətkar daxil olmaqla)
Yaralı sayı 4
Qatil(lər) Fadi Əbu Şıxaydəm
Törədən(lər) Həmas[2]

Yerusəlim gülləbaranı — 21 noyabr 2021-ci ildə Yerusəlimdə baş verən gülləbaran. Şərqi Yerusəlimdən olan 42 yaşlı fələstinli Fadi Əbu Şıxaydəm[3] 2019-cu ildə Cənubi Afrikadan köçən[4][5] 26 yaşlı israillini qətlə yetirmişdir.[6] O, daha dörd nəfəri (bir ravvin də daxil olmaqla)[7] yaralamış, sonradan polis tərəfindən öldürülmüşdür.[8]

Zərərçəkənlər dua etmək üçün hərəkət edərkən hücumu törədən şəxs gülləbarana başlamışdır.[9] İsrail rəsmiləri Əbu Şıxaydəmin tur bələdçisinə dəfələrlə atəş açdığını[10] və daha sonra Eyn-Keremdəki Hadassa Tibb Mərkəzində öldüyünü bildirmişdir. Silahlı şəxs bir ravvini və yeşiva tələbəsini yaralmışdır. Polislər dərhal atəş açan şəxsə atəş açaraq cavab verdilər. Polislərdən ikisi yüngül xəsarətlər almışdır.[7][11]

Cinayətkar

Silahlı şəxs Fadi Əbu Şəxaydəm Yerusəlimin Şuafət məhəlləsində olan Rəşidiyyə orta məktəbində müəllim idi.[12][13][14] O, Həmas üzvü kimi tanınırdı və bu ərazidə İsrail turizminə qarşı aksiyalard iştirak etməklə yanaşı, müntəzəm olaraq Məbəd dağında moizələr söyləyirdi.[12]

Həyat yoldaşı hadisədən üç gün əvvəl xəstə anasını ziyarət etmək üçün İordaniyaya getmiş,[15] hadisənin ertəsi günü Allenbi körpüsündə həbs edilmişdir.[16] Polis hesabatında qeyd edilmişdir ki, Şıxaydəm, çox güman ki, "milliyətçi səbəblər"ə əsaslanan siyasi motivli olmuşdur.[17] 2022-ci ilin yanvarında Əbu Şıxaydəmin evinin sökülməsi əmri verilmişdir.[18]

İstinadlar

  1. "Jerusalem: Shooting near holy site leaves 1 dead". Deutsche Welle. 2022-07-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-22.
  2. Amir Tal, Abeer Salman, Mike Schwartz, Ibrahim Dahman and Shira Gemer. "Hamas gunman kills one Israeli, injures four others, in Jerusalem attack; police shoot dead assailant". CNN. 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-22.
  3. (ingilis). (#cite_web_url)
  4. "South African Immigrant, 25, Is Victim in Jerusalem Shooting Attack". Haaretz (ingilis). 2022-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-22.
  5. T. O. I. staff. "Thousands of mourners gather for funeral of terror victim Eli Kay". The Times of Israel (ingilis). 2021-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-22.
  6. Kingsley, Patrick; Noveck, Myra. "Israeli Is Killed by Palestinian Near Holiest Site in Jerusalem". November 21, 2021. January 17, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 22, 2022 – NYTimes.com vasitəsilə.
  7. 1 2 "Rabbi injured in Jerusalem shooting attack hails 'miracle' from hospital bed". The Times of Israel (ingilis). 2021-11-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-22.
  8. "Hamas gunman kills 1 before Israeli police shoot him dead". The Washington Post (ingilis). ISSN 0190-8286. İstifadə tarixi: 2021-11-21.
  9. McCain, Compiled by Nicole. "'He treated everyone with love and respect' - fiancée of SA-born man killed in Jerusalem attack". News24 (ingilis). 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
  10. Terrorism/Victims/Pages/Eliyahu David Kay Arxivləşdirilib 2022-02-23 at the Wayback Machine Mfa.gov.il
  11. McCain, Compiled by Nicole. "'He treated everyone with love and respect' - fiancée of SA-born man killed in Jerusalem attack". News24 (ingilis). 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
  12. 1 2 "Who was the Islamic 'scholar' who carried out the Jerusalem attack?". The Jerusalem Post | JPost.com (ingilis). 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
  13. Stoll, Ira. "New York Times Issues a Triple Correction to Article on Deadly Jerusalem Attack". The Algemeiner (ingilis). 23 November 2021. 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
  14. "Jerusalem holy site shooting leaves one dead, four injured - 22-Nov-2021 - NZ International news". home.nzcity.co.nz. 2021-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-22.
  15. Boxerman, Aaron. "Israel arrests wife of gunman in deadly Jerusalem terror attack". www.timesofisrael.com (ingilis). 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
  16. "Wife of Old City shooter arrested at Jordanian border". The Jerusalem Post (ingilis). 2021-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-24.
  17. Amir Tal, Abeer Salman, Mike Schwartz, Ibrahim Dahman and Shira Gemer. "Hamas gunman kills one Israeli, injures four others, in Jerusalem attack; police shoot dead assailant". CNN. 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
  18. "IDF issues demolition order for home of Jerusalem terrorist". The Jerusalem Post | JPost.com (ingilis). 2022-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.