İsrail Xarici İşlər Nazirliyi (ivr. משרד החוץ, translit. Misrad ha-Xuts; ərəb. وزارة الخارجية, translit. Vizarət əl-Xəvariciyyə) — xarici ölkələr və beynəlxalq təşkilatlar sahəsində fəaliyyət göstərən İsrail Dövlətinin icraedici orqanı. Bu, İsrail hökumətinin ən mühüm nazirliklərindən biridir. Nazirlik İsrailin xarici siyasətinin həyata keçirilməsinə, digər ölkələrlə iqtisadi, mədəni və elmi əlaqələrin təşviqinə cavabdehdir.[1] Xarici İşlər Nazirliyi Yerusəlim şəhərindəki hökumət binaları kompleksində yerləşir.
Xarici İşlər Nazirliyi | |
---|---|
משרד החוץ | |
Ümumi məlumatlar | |
Ölkə | |
Yurisdiksiya | İsrail |
Yaradılma tarixi | 1948 |
Baş qərargah | |
Rəsmi saytı | gov.il/he/departments/mi… |
Vikianbarda əlaqəli mediafayllar |