Yoşua əməliyyatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Yoşua əməliyyatı, həmçinin Şeba əməliyyatı kimi də tanınır[1] — 1985-ci ildə Sudanda yerləşən qaçqın düşərgələrindən efiopiyalı yəhudilərin İsrailə evakuasiya edilmə əməliyyatı.

Efiopiya yəhudiləri, ölkələrindəki ağır aclıqdan Sudan qaçqın düşərgələrinə üz tutmağa məcbur qaldılar. İsrail qüvvələrin 21 noyabr 1984-cü ildən 5 yanvar 1985-ci ilədək keçirtdiyi Musa əməliyyatı nəticəsində 8000 nəfəri İsrailə çatdırıldı[2], ancaq məlumat mətbuata sızandan sonra müsəlman ölkələrindən təzyiqlər yaranmağa başlandı və Sudan növbəti uçuşları dayandırdı[3][4].

Amerika Birləşmiş Ştatlarının 100 senatorunun hamısı Prezident Ronald Reyqana evakuasiyanın yenidən davam etdirilməsi üçün gizli ərizə imzaladılar[3]. Ardından Vitse-prezident Corc Herbert Buş Yoşua adlı əməliyyatı təşkil elədi[1]. 22 mart 1985-ci ildə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-130 Hercules nəqliyyat təyyarəsi Əl Qadarif şəhərinin yaxınlığında eniş etdi. "təqribən 500"[1], "500-dən çox"[3] və ya "təxminən 650"[4] yəhudi köçürüldü və İsrailin cənubundakı Uvda aviabazasına daşındı.

Ədəbiyyat

  • Mitchell G. Bard, From Tragedy to Triumph: The Politics Behind the Rescue of Ethiopian Jewry, 2002, ISBN 978-0-275-97000-0, p. 161 - 170

İstinadlar

  1. 1 2 3 "1984-1991 Airlift of Ethiopian Jewish community". idfblog.com (web.archive.org's backup of official blog of the Israel Defense Forces). Archived from the original on 2017-05-10. İstifadə tarixi: 2020-04-03.
  2. Ministry of Immigrant Absorption. "Operation Moses – Aliyah of Ethiopian Jewry (1984)". 2018-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.
  3. 1 2 3 T. W. McGarry. "'Catalyst' for Ethiopian Airlift Disclosed : Robbins, Publisher Claim Valley-Spawned Plan Spurred U.S. to Action". Los Angeles Times. March 26, 1985. 2017-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.
  4. 1 2 "Sharon Spent Two Years Thinking His Parents Had Died in Sudan". Jewish Telegraph. 2017-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-03.

Xarici keçidlər