Yoşua əməliyyatı, həmçinin Şeba əməliyyatı kimi də tanınır[1] — 1985-ci ildə Sudanda yerləşən qaçqın düşərgələrindən efiopiyalı yəhudilərin İsrailə evakuasiya edilmə əməliyyatı.
Efiopiya yəhudiləri, ölkələrindəki ağır aclıqdan Sudan qaçqın düşərgələrinə üz tutmağa məcbur qaldılar. İsrail qüvvələrin 21 noyabr 1984-cü ildən 5 yanvar 1985-ci ilədək keçirtdiyi Musa əməliyyatı nəticəsində 8000 nəfəri İsrailə çatdırıldı[2], ancaq məlumat mətbuata sızandan sonra müsəlman ölkələrindən təzyiqlər yaranmağa başlandı və Sudan növbəti uçuşları dayandırdı[3][4].
Amerika Birləşmiş Ştatlarının 100 senatorunun hamısı Prezident Ronald Reyqana evakuasiyanın yenidən davam etdirilməsi üçün gizli ərizə imzaladılar[3]. Ardından Vitse-prezident Corc Herbert Buş Yoşua adlı əməliyyatı təşkil elədi[1]. 22 mart 1985-ci ildə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-130 Hercules nəqliyyat təyyarəsi Əl Qadarif şəhərinin yaxınlığında eniş etdi. "təqribən 500"[1], "500-dən çox"[3] və ya "təxminən 650"[4] yəhudi köçürüldü və İsrailin cənubundakı Uvda aviabazasına daşındı.