Yuliya novruzçiçəyi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Yuliya novruzçiçəyi - (lat. Primula juliae Kusn.). Novruzçiçəyikimilər - (Primulaceae Vent.) fəsiləsinə aiddir.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Kritiktəhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR B2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür. Qafqazın endemik növüdür. [1][2]

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Gövdəsi yoxdur, tamamilə çılpaqdır, 8-12 sm uzunluğundadır. Qısa, budaqlanan kökümsovludur.Yarpaqları kökətrafıdır, uzun, nazik, çəhrayımtıl v ya solğun saplaqlıdır. Yarpaq ayası parlaq-yaşıl, alt tərəfədn açıq rəngli, parlaq, yumru –böyrəkşəkilli, yumru-yumurtaşəkilli, 1-3 sm uzunluğundadır. Çiçəkləri təkdir. Kasacığı dar boruşəkilli, qabırğalı, 10 mm uzunluğa kimi, neştərşəkilli, itidişlidir. Çiçək tacı çəhrayı, iri, 2-3 sm diametrli, borulu, kasacıqdan 2 dəfə uzun, enli, yastı, parlaq, çəhrayı-bənövşəyi, büküşlüdür. Qutucuğu uzunsov, kasacıqla eyni uzunluqdadır [3]

Bioloji, ekoloji və fitosenoloji xüsussiyyətləri:

Çiçəkləmə may-iyun, meyvəverməsi iyul aylarında baş verir. Aşağı dağ qurşağından subalp qurşağına qədər meşə və meşə kənarlarında, kolluqların arasında, çəmənliklərdə rast gəlinir. Dekorativ bitkidir [3][4]

Yayılması

Böyük Qafqazın qərb hissəsi (QəbələŞəki rayonları) [3][4][4]

Sayı və tendensiyası

populyasiya azalır, yaşama ərazisi məhdudlaşır, itmə təhlükəsi altındadır[5]

Məhdudlaşdırıcı amillər

Məhdud ərazilərdə yayılması və antropogen təsirlər (əhali tərəfindən bəzəkbitkisi kimi yığılması), dəyişkən iqlim şəraitində asılılıq və həssaslıqdır.

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogem təsiri azaltmaq məqsədi ilə qorunma tədbirlərinin görülməsi, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, areallarının axtarılması təklif olunur.

İstinadlar

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. http://redbook.az/?options=project&id=Yuliya%20novruz%C3%A7i%C3%A7%C9%99yi[ölü keçid]
  3. 1 2 3 Флора Азербайджана, 1957
  4. 1 2 3 Əsgərov A.M., 2005
  5. Tərtibçilərin məlumatları