Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Yuliya novruzçiçəyi - (lat. Primula juliae Kusn.). Novruzçiçəyikimilər - (Primulaceae Vent.) fəsiləsinə aiddir.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Kritiktəhlükə həddində olanlar” kateqoriyasına aiddir –CR B2ab(i,ii,iii). Azərbaycanın nadir növüdür. Qafqazın endemik növüdür. [1][2]
Çoxillik ot bitkisidir. Gövdəsi yoxdur, tamamilə çılpaqdır, 8-12 sm uzunluğundadır. Qısa, budaqlanan kökümsovludur.Yarpaqları kökətrafıdır, uzun, nazik, çəhrayımtıl v ya solğun saplaqlıdır. Yarpaq ayası parlaq-yaşıl, alt tərəfədn açıq rəngli, parlaq, yumru –böyrəkşəkilli, yumru-yumurtaşəkilli, 1-3 sm uzunluğundadır. Çiçəkləri təkdir. Kasacığı dar boruşəkilli, qabırğalı, 10 mm uzunluğa kimi, neştərşəkilli, itidişlidir. Çiçək tacı çəhrayı, iri, 2-3 sm diametrli, borulu, kasacıqdan 2 dəfə uzun, enli, yastı, parlaq, çəhrayı-bənövşəyi, büküşlüdür. Qutucuğu uzunsov, kasacıqla eyni uzunluqdadır [3]
Çiçəkləmə may-iyun, meyvəverməsi iyul aylarında baş verir. Aşağı dağ qurşağından subalp qurşağına qədər meşə və meşə kənarlarında, kolluqların arasında, çəmənliklərdə rast gəlinir. Dekorativ bitkidir [3][4].
Böyük Qafqazın qərb hissəsi (Qəbələ və Şəki rayonları) [3][4][4].
populyasiya azalır, yaşama ərazisi məhdudlaşır, itmə təhlükəsi altındadır[5] .
Məhdud ərazilərdə yayılması və antropogen təsirlər (əhali tərəfindən bəzəkbitkisi kimi yığılması), dəyişkən iqlim şəraitində asılılıq və həssaslıqdır.
Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogem təsiri azaltmaq məqsədi ilə qorunma tədbirlərinin görülməsi, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, areallarının axtarılması təklif olunur.
Bu məqalə qaralama halındadır. |