Yunan quşarmudu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yunan quşarmudu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Yunan quşarmudu (lat. Sorbus graeca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.

Təbii yayılması

Kiçik Asiyada və Balkan yarmadasında yayılıb. İlk dəfə Albaniyadan təsvir edilib.

Botaniki təsviri

Hündürlüyü 12 m çatan orta boylu ağac və ya koldur. Yarpaqları uzunsov ellipisvari və ya yumurtavari, çılpaq, altdan isə ağ keçətükcüklüdür. May-iyun aylarında çiçəkləyir. Meyvəsi avqust ayında yetişir.

Ekologiyası

Torpağa az tələbkar, şaxtaya davamlıdır.

Azərbaycanda yayılması

Naxçıvanda MR-da yuxarı dağ qurşağında qayalıqlarda bitir.

İstifadəsi

O, istər çiçəkləmə və vegetasiya dövründə, istərsə də meyvə gətirmə dövründə və payızda yarpaqların müxtəlif rəngələrə düşdüyü zaman yüksək dekorativ keyfiyyətlərə malikdir. Kömürü keyfiyyətlidir, yananda yaxşı istilik verir.

İstinadlar

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax