Yusif Ağayev (aparıcı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yusif Ağayev
Doğum tarixi 28 dekabr 1958(1958-12-28) (65 yaş)
Doğum yeri
Fəaliyyəti televiziya aparıcısı
Mükafatları "Tərəqqi" medalı

Yusif Ağayev (tam adı: Ağayev Yusif Hüseyn oğlu, 28 dekabr 1958, Bakı, Azərbaycan SSR) — televiziya aparıcısı.

Həyatı

Yusif Ağayev Hüseyn oğlu 1958-ci il 28 dekabrda Bakıda anadan olmuşdur. 1975-ci ildə Bakıdakı ilk ingilis təmayüllü 7 saylı məktəbi bitirmişdir. Ela hamin il Xarici Dillər Universitetinin ingilis dili fakültesine qəbul olunmuş, 1980-ci ildə təhsilini uğurla basha vurmuşdur. Pedaqoji fəaliyyətinə kənd müəllimi kimi başlamışdır. Bir müddət Oğuz, sonra isə Şamaxı rayonunda ingilis dili fənnini tədris etmişdir. 1999-cu il mart ayının 4-dən bu günə qədər Azad Azərbaycan Teleradio yayım şirkəti — 106 FM radiosunun DJ-yi və direktoru vəzifəsində çalışır. "10-dan sonra" verilişinin aparıcısıdır. Atv telekanalinda 2000-ci ildən 2011-ci ilədək "106 House" verilişinin aparıcısı olmuşdur.

2008-ci ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülmüşdür.

Ailəlidir. 2 qızı, 3 nəvəsi var.

Filmoqrafiya

  1. 106 haus (televiziya verilişi) (ATV)

İstinadlar