Zöhrab Adıgözəlzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zöhrab Adıgözəlzadə
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (71 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti Azərbaycanlı
Uşağı
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu
Musiqi aləti piano
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1982 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1967

Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə (3 iyul 1940, Bakı24 may 2012, Bakı) — Azərbaycan pianoçusu, Azərbaycan SSR xalq artisti (1982), professor.

Həyatı

Zöhrab Adıgözəlzadə 1940-cı il iyulun 3-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent, professor kimi fəaliyyət göstərib. O həm də konsert fəaliyyəti ilə məşğul olub, Azərbaycan, rus, Avropa bəstəkarlarının əsərlərini ifa edib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb.

Uzun sürən xəstəlikdən sonra 24 may 2012-ci ildə vəfat edib[1]. Mayın 25-də Bakı Musiqi Akademiyasında onunla vida mərasimi keçirilib.[2].

Ailəsi

Mükafatları

Milli musiqi mədəniyyəti sahəsindəki xidmətlərinə görə 1967-ci ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb.

  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24.02.1979[3]

Xarici keçidlər

İstinadlar