Murad Zöhrab oğlu Adıgözəlzadə (20 noyabr 1973, Bakı) Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu, Azərbaycan Respublikasının əməkdar artisti (2005), Azərbaycan Respublikasının xalq artisti (2011).
Murad Adıgözəlzadə | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 20 noyabr 1973 (50 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Aysel Teymurzadə |
Atası | Zöhrab Adıgözəlzadə |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Musiqi aləti | piano |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Adıgözəlzadə Murad Zöhrab oğlu 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub. 1980-cı ildə Bülbül adına ixtisas musiqi məktəbinə daxil olub.
1984-cü ildə "Konsertino-Praqa" beynəlxalq radio-müsabiqəsində iştirak edib və on ən yaxşı gənc ifaçı siyahısına düşüb.
1987-ci ildə Çexoslavakiyada qastrollarla çıxış edib. 1990-cı ilin avqust ayında Almaniyada pianoçuların beynəlxalq müsabiqəsində iştirak edib. Həmin ilin sentyabr və oktyabr aylarında Türkiyədə qastrolları olub. 1991-ci ildə məktəbi bitirib və Üzeyir Hacıbəyov adına Bakı Dövlət Musiqi Akademiyasında professor R.Atakişiyevin sinifinə daxil olub, sonradan təhsilini professor F. Bədəlbəylinin sinifində davam etdirib.
1995-ci ildə Dövlət Kamera Orkestri ilə Türkiyədə qastrollarla çıxış edib. 1996-cı ilin may ayında Pianoçuların Respublika Müsabiqəsinin ilk laureatı olub və "İlin ən yaxşı pianoçusu" adına layiq görülüb.
Həmin ilin dekabr ayında "İlin ən yaxşı musiqiçisi" adı ilə təltif edilib. 1996-cı ildə Bakı Musiqi Akademiyasını bitirərək Almaniyanın Münxen şəhərində Ali Musiqi Mətkəbində professor E.Virsaladzenin sinifinə daxil olub və 1998-ci ildə oranı bitirib.1998-ci ildən bu günə qədər professor E.Virsaladzenin assistenti M.Lidski ilə məsləhətləşmələri davam etdirir. Almaniyada oxuduğu dövürdə Şvelm şəhərində solo konsertlə çıxış edib. Həmin ildə Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor E.Virsaladzenın sinifinə daxil olub və 2000-ci ilin noyabr ayında oranı bitirib.
MDK-da oxuduğu dövürdə Moskvada, Türkiyədə, Bakıda konsertlərlə çıxış edib, həmçinin Vladimir Spivakov fondunun stependiantları ilə Ukraynanın Kiyev şəhərində musiqi festivalında iştirak edib.
2000-ci ilin dekabr ayında Bursa şəhərinin Dövlət Simfonik Orkestri ilə Türkiyədə konsertlərlə çıxış edib.
Repertuarında Baxın, Betxovenin, Mosartın, Qaydnın, Şumanın, Şubertin, Bramsın, Çaykovskinin, Raxmaninovun və s. bəstəkarların əsərləri var.
Azərbaycan musiqisini həm Bakıda həm də digər ölkə və şəhərlərdə təbliğ edir. N.Rzayev, R.Abdullayev, Y.Adıgözəlov, R. Məlikaslanov, V.Sirenko, V. Jordaniya, V.Altşüler, V.Verbitskiy, Y.Başmet, V.Fedoseyev, V.Kaxidze kimi direjorlarla çıxış edib.
2001-ci ilin oktyabr ayında Tbilisidə ikinci beynəlxalq müsabiqəsinin qalibi olub. 2001-ci ilin dekabr ayında Gürcüstanın Tbilisi şəhərində beynəlxalq festivalda iştirak edib.
2002-ci ilin yanvar və fevral aylarında Almaniyada İnqolştad kamera orkestri ilə qastrollara çıxıb və Keninqsbaxda solo proqamla çıxış edib.
Həmin ilin mart ayında Moskvada "YAMAHA" şirkətinin təşkil etdiyi "Rixterin xatirəsinə" beynəlxalq festivalda, həmçinin Türkiyənin Antaliya şəhərində dövlət simfonik orkestri ilə çıxış edib. Aprel ayında P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının kiçik zalında solo konsertlə çıxış edib. 2002-ci ilin may ayında Bakının dövlət simfonik orkestri ilə çıxış edib. Həmin ilin iyun ayında Çaykovski adına 12-ci beynəlxalq müsabiqəsində iştirak edib.
Hazırda konsert fəaliyyəti ilə bərabər Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının dosentidir.
2004-cü ilin Mart ayında Moskva Dövlət Akademik Filarmoniyasının Solisti fəxri adına layiq görülüb.
2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Qızıl Xaç" ordeni ilə təltif olunmuşdur[1]