Zadar Universiteti

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zadar Universiteti
Svečilište u Zadru
Loqonun şəkli
Xəritə
44°06′40″ şm. e. 15°13′34″ ş. u.
Əsası qoyulub 1396
Tip Dövlət
Rektor Diyana Vican
Tələbə sayı 6,000 (2011/2012)[1]
Şəhər Zadar şəhəri
Ölkə
Sayt unizd.hr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zadar Universiteti (xorv. Sveučilište u Zadru, lat. Universitas Studiorum Iadertina) — Xorvatiyanın Zadar şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin rektoru Diyana Vicandır.

Tarixi

Avropanın ən qədim universitetlərindən biri, Xorvatiyanın isə ən qədim universiteti olan Zadar Universitetinin əsası 1396-cı ildə qoyulmuşdur. Lakin 1807-ci ildə fəaliyyəti dayandırılmış, 2002-ci ildə isə fəaliyyətinin yenidən bərpası ilə əlaqədar olaraq Xorvatiya parlamentində qərar qəbul olunmuşdur. 2003-cü ilin yanvar ayından fəaliyyətə başlamışdır[3].

Tədris

Bütün Xorvatiya universitetlərində olduğu kimi bu ali məktəb də 2005/2006 tədris ilindən etibarən Bolonya prosesinə qoşulmuşdur.

Departamentləri

Universitetin 25 departamenti var ki, bu göstəriciyə görə o Xorvatiyanın ən böyük ali məktəbidir:

  • Arxeologiya departamenti
  • Klassik filologiya departamenti
    • Yunan dili və ədəbiyyatı bölməsi
    • Latın dili və ədəbiyyatı bölməsi
  • Xorvat və Slavyan araşdırmaları departamenti
    • Xorvat dili və ədəbiyyatı bölməsi
    • Rus dili və ədəbiyyatı bölməsi
  • Ekologiya, Aqronomiya və Akvakultura departamenti
  • İqtisadiyyat departamenti
  • İngilis dili departamenti
  • Etnologiya və Antropologiya departamenti
  • Fransız dili və İberoromans araşdırmaları departamenti
    • Fransız dili və ədəbiyyatı bölməsi
    • İberoromans araşdırmaları bölməsi
  • Coğrafiya departamenti
  • Alman araşdırmaları departamenti
  • Sağlamlıq araşdırmaları departamenti
  • Tarix departamenti
  • İncəsənət tarixi departamenti
  • İnformasiya elmləri departamenti
  • İtalyan araşdırmaları departamenti
  • Dilçilik departamenti
  • Dənizçilik departamenti
    • Dənizçilik araşdırmaları bölməsi
    • Dəniz mühəndisliyi bölməsi
  • Pedaqogika departamenti
  • Fəlsəfə departamenti
  • Psixologiya departamenti
  • Dini elmlər departamenti
  • Sosiologiya departamenti
  • Qospik Müəllim Təhsili Tədqiqatları departamenti
  • Müəllimlərin və Məktəbəqədər Müəllimlərin Təhsili departamenti
    • İbtidai Məktəb Müəllimlərinin Təhsili bölməsi
    • Məktəbəqədər Müəllimlərin Təhsili bölməsi
  • Turizm və Kommunikasiya araşdırmaları departamenti

Kitabxanası

Universitetin zəngin kitabxana fondu var.

Kontingent

2011/2012 tədris ilində universitetdə təxminən 6,000 tələbə təhsil almışdır[1].

Rəhbərlik

Universitetə rəhbərliyi rektor edir.

Xarici əlaqələri

Universitet fəaliyyəti dövründə bir çox universitetlərlə əməkdaşlıq etmişdir.

Həmçinin bax

İstinadlar

  1. 1 2 O nama. "O nama". Unizd.hr. 2012-06-14. 2015-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-01.
  2. 1 2 Directory of Open Access Journals. 2003.
  3. "University of Zadar" (PDF). 2017-01-01 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-05-14.

Xarici keçidlər

  • unizd.hr — Zadar Universitetinin rəsmi saytı