Zeynalabdin sultan Kəngərli

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Zeynalabdin sultan Həsən bəy oğlu Kəngərli (1791-1834)—II rus-İran müharibəsi iştirakçısı, Naxçıvan xanlığının sərkərdəsi.

Həyatı

Zeynalabdin sultan Həsən bəy oğlu 1791-ci ildə Naxçıvan xanlığının Dərələyəz mahalının Rəsulqışlağı kəndində anadan olmuşdu. Kəngərli elinin Əlixanlı oymağındandır. Molla yanında oxumuşdu. Xanlığın atlı alayında yüzbaşı kimi xidmət etmişdi.

Zeynalabdin sultan Kəngərli II rus-İran müharibəsinə qatılmışdı. Döyüşdə göstərdiyi şücaətə görə 3-cü dərəcəli Anna ordeni ilə təltif edilmişdi.

Zeynalabdin sultan Kəngərli Yasəmən xanımla ailə qurmuşdu. Nabat xanım adlı qızı vardı.

Mənbə

  • Ənvər Çingizoğlu, Dərələyəz mahalının ünlü simaları, Bakı, "Soy" dərgisi, 6 (50), 2011,