Zolingen faciəsi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Zolingen faciəsi
Ümumi məlumatlar
51°11′03″ şm. e. 7°05′24″ ş. u.
Yeri
Tarix 29 may 1993
Ölü sayı
  • 5
Yaralı sayı
  • 14
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zolingen faciəsi və ya Zolingen qətliamı — 29 may 1993-cü ildə Almaniyanın Zolingen şəhərində türk əsilli Gənc (türk. Genç) ailəsinin evinin neonasistlər tərəfindən yandırılması və beş ailə üzvünün ölümü ilə nəticələnən hadisə.[1][2][3] 29 may 1993-cü ildə Zolingendə baş verən hadisədə 4 radikal sağçı alman Gənc ailəsinin evini yandırmış, ailənin 5 üzvü hadisədə həyatını itirmişdi. Gənc ailəsindən həyatını itirənlər: Gürsün İncə, Xədicə, Hülya, Saimə Gənc və Gülüstan Öztürk.[1]

Mərhumların xatirəsinə hazırlanmış lövhə

Hadisənin baş verdiyi ərazi muzeyə çevrilib.[4] Hər il hadisənin baş verdiyi tarixdə türklərin yaşadığı müxtəlif Avropa ölkələrində və Almaniyada anım mərasimləri keçirilir.[5] Türk-Alman Sağlamlıq Vəqfi tərəfindən 2008-ci ildən etibarən "Gənc" mükafatı verilir.

Populyar mədəniyyətə təsiri

Almaniyada yaşayan türklərin qurduğu Cartel musiqi qrupu tərəfindən 1995-ci ildə yayımlanan "Cartel" mahnısının klipində də bu qətliamdan görüntülər və xəbərlər yer alıb.

İstinadlar

  1. 1 2 "Başkandan anlamlı ziyaret". 25 iyul 2013. 10 mart 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2014. (#invalid_param_val)
  2. "The Solingen Tragedy". The New York Times (ingiliscə). 4 iyun 1993. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2014.
  3. "Victim of racist arson attack: 'Solingen is our home'" (ingiliscə). 16 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2014.
  4. Hüseyin Karababa. Sivas Davası. İlkim. 2008. 270. ISBN 975981823X.
  5. "29. Mai: Kundgebung. Solingen 1993 – Keupstraße 2004 - Gemeinsam gegen rassistischen Terror. Irkçı teröre karşı birlikte güçlüyüz!". Grüne Köln. 28 may 2013. 10 mart 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2014.

Xarici keçidlər