Zolingen faciəsi və ya Zolingen qətliamı — 29 may 1993-cü ildə Almaniyanın Zolingen şəhərində türk əsilli Gənc (türk. Genç) ailəsinin evinin neonasistlər tərəfindən yandırılması və beş ailə üzvünün ölümü ilə nəticələnən hadisə.[1][2][3] 29 may 1993-cü ildə Zolingendə baş verən hadisədə 4 radikal sağçı alman Gənc ailəsinin evini yandırmış, ailənin 5 üzvü hadisədə həyatını itirmişdi. Gənc ailəsindən həyatını itirənlər: Gürsün İncə, Xədicə, Hülya, Saimə Gənc və Gülüstan Öztürk.[1]
Zolingen faciəsi | |
---|---|
Ümumi məlumatlar | |
51°11′03″ şm. e. 7°05′24″ ş. u. | |
Yeri |
|
Tarix | 29 may 1993 |
Ölü sayı |
|
Yaralı sayı |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hadisənin baş verdiyi ərazi muzeyə çevrilib.[4] Hər il hadisənin baş verdiyi tarixdə türklərin yaşadığı müxtəlif Avropa ölkələrində və Almaniyada anım mərasimləri keçirilir.[5] Türk-Alman Sağlamlıq Vəqfi tərəfindən 2008-ci ildən etibarən "Gənc" mükafatı verilir.
Almaniyada yaşayan türklərin qurduğu Cartel musiqi qrupu tərəfindən 1995-ci ildə yayımlanan "Cartel" mahnısının klipində də bu qətliamdan görüntülər və xəbərlər yer alıb.