Zuğaşi Berepe
Zuğaşi Berepe | |
---|---|
Əsas məlumatlar | |
Üslub | etnik rok |
Fəaliyyət illəri | 1993—1998 |
Ölkə | Türkiyə |
Şəhər | İstanbul |
Leybl | Anadolu Müzik |
Heyət |
Mehmedali Barış Beşli Kazım Koyuncu İlhan Karahan Metin Kalaç |
Keçmiş üzvlər |
Çingiz Eyvazov (Yuxu) Mahmut Turan Zülküfil Murat Dilek Cafer İsleyen Gürsoy Tanç Uğurcan Sezen |
Zuğaşi Berepe — 1993-1998-ci illər aralığında Türkiyədə fəaliyyət göstərən ilk laz rok qrupu.[1] Qrupun adı azərbaycanca "Dənizin uşaqları" mənasına gəlir.
Qrup lazca ilə yanaşı türkcə və hemşincə də mahnılar ifa edib.
Tarixi
Mehmedali Barış Beşlinin lazca siyasi çalarlı musiqi yaratma fikriylə Kazım Koyuncu ilə birlikdə 1993-cü ildə yaratdığı "ŞK'U" (Biz) qrupu bir il sonra İlhan Karahan və Metin Kalaçın da qrupa qoşulmasıyla adını dəyişərək Zuğaşi Berepe («Dənizin Uşaqları») etdi.[2] 5 il fəaliyyət göstərən qrup sonuncu albomunu buraxdıqdan qısa bir müddət sonra fəaliyyətini dayandırdı.
Üzvləri
İlkin tərkibi
- Mehmedali Barış Beşli - vokal
- Kazım Koyuncu - akustik gitara, vokal
- İlhan Karahan - elektrogitara
- Metin Kalaç - bass-gitara
Digər üzvləri
- Çingiz Eyvazov - zərb alətləri
- Mahmut Turan - tulum
- Zülküfil Murat Dilek - zərb alətləri
- Cafer İsleyen - bass-gitara
- Gürsoy Tanç - elektrogitara
- Uğurcan Sezen - klaviş
° Qeyd: Zuğaşi Berepenin 1995-ci ildə buraxılan «Va Mişkunan» albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib.
Diskoqrafiya
Va Mişkunan (1995)
- Avlaskani Cuneli
- Golas Empula Yulun Yeşili Kamiyoni
- Bozo
- Bererttaşa
- Va Mişkunan
- Ernesto
- Ben
- Oxoşkva Do Oropa Şeni
1995-ci ildə Anadolu Müzik etiketiylə satışa buraxılan «Va Mişkunan» («Bilmirik») albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib.
İgzas (1998)
- Ma a Koçi Vore
- Enel Hak
- K3aperi Oropa
- Ar Tilifoni
- Ka Tun Mita Xendasoç
- Anlat Bana
- Dadişkimi
- Sopez Gulur
- İgzas
1998-ci ildə buraxılan «İgzas» («Yeriyir») albomu qrupun ikinci və sonuncu albomudur. Bu albomdan qısa bir müddət sonra qrup dağılmışdır.
İstinadlar
- ↑ ""Zuğaşi Berepe'yi var eden Lazca'dır"". 2016-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.
- ↑ "Ernesto-ZUĞAŞİ BEREPE (Denizin Çocukları)". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.