Zuğaşi Berepe — 1993-1998-ci illər aralığında Türkiyədə fəaliyyət göstərən ilk laz rok qrupu.[1] Qrupun adı azərbaycanca "Dənizin uşaqları" mənasına gəlir.
Zuğaşi Berepe | |
---|---|
Əsas məlumatlar | |
Üslub | etnik rok |
Fəaliyyət illəri | 1993—1998 |
Ölkə |
{{ {{{1}}} | miqyas = | alias = Türkiyə | flag alias = Flag of Turkey.svg | flag alias-imperiya = Flag of the Ottoman Empire (1844–1922).svg | variant = | altlink = }} |
Şəhər | İstanbul |
Leybl | Anadolu Müzik |
Heyət |
Mehmedali Barış Beşli Kazım Koyuncu İlhan Karahan Metin Kalaç |
Keçmiş üzvlər |
Çingiz Eyvazov (Yuxu) Mahmut Turan Zülküfil Murat Dilek Cafer İsleyen Gürsoy Tanç Uğurcan Sezen |
Qrup lazca ilə yanaşı türkcə və hemşincə də mahnılar ifa edib.
Mehmedali Barış Beşlinin lazca siyasi çalarlı musiqi yaratma fikriylə Kazım Koyuncu ilə birlikdə 1993-cü ildə yaratdığı "ŞK'U" (Biz) qrupu bir il sonra İlhan Karahan və Metin Kalaçın da qrupa qoşulmasıyla adını dəyişərək Zuğaşi Berepe («Dənizin Uşaqları») etdi.[2] 5 il fəaliyyət göstərən qrup sonuncu albomunu buraxdıqdan qısa bir müddət sonra fəaliyyətini dayandırdı.
° Qeyd: Zuğaşi Berepenin 1995-ci ildə buraxılan «Va Mişkunan» albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib.
1995-ci ildə Anadolu Müzik etiketiylə satışa buraxılan «Va Mişkunan» («Bilmirik») albomunun zərb alətləri hissəsini Yuxu qrupundan Çingiz Eyvazov ifa edib.
1998-ci ildə buraxılan «İgzas» («Yeriyir») albomu qrupun ikinci və sonuncu albomudur. Bu albomdan qısa bir müddət sonra qrup dağılmışdır.