İbrahim Mollayev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
İbrahim Mollayev
Mollayev İbrahim Abbas oğlu
Doğum tarixi
Doğum yeri Azərbaycan SSR,Naxçıvan Sovet Muxtar Respublikası,Naxçıvan
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri Naxçıvan şəhəri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi Pedaqogika
Elmi dərəcəsi Pedaqogika elmləri doktoru
Elmi adı Professor
Təhsili Naxçıvan Müəllimlər İnstitutu,Azərbaycan Pedaqoji İnstitutu
Elmi rəhbəri Əhməd Seyidov

İbrahim Mollayev( tam adı:Mollayev İbrahim Abbas oğlu;v. 25 fevral 1997) — pedaqoq,Pedaqogika elmləri doktoru,professor[1]

Mollayev İbrahim Abbas oğlu 1 aprel 1930-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur.

25 fevral 1997-ci ildə Naxçıvan şəhərində vəfat etmişdir.

Naxçıvan Müəllimlər İnstitutunu,1953-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirmişdir.

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1953-67-ci illərdə Naxçıvan şəhər orta məktəblərində müəllim, tədris işləri üzrə direktor müavini, Naxçıvan MSSR Maarif Nazirliyində məktəb inspketoru işləmişdir. 1968-ci ildən ömrünün sonunadək (1997) Naxçıvan Dövlət Universitetində çalışmış,pedaqogikapsixologiya kafedrasının müdiri olmuşdur.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Elmi yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda məktəb və pedaqoji fikir tarixinə dair tədqiqatların, o cümlədən 2 monoqrafiyanın, 4 kitabın, 100-ə yaxın elmi məqalənin, 8 metodik vəsaitin müəllidir. Azərbaycan maarifçisi, pedaqoq, şair, publisist Məhəmməd Tağı Sidqinin həyatı və yaradıcılığını ilk dəfə tədqiq edib. 1986-cı ildə Pedaqogika elmləri doktoru, 1988-ci ildə professor adına alıb.

  • M.T.Sidqinin pedaqoji görüşləri, Bakı,1997.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan Respublikasının qabaqcıq maarif xadimi
  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 325. ISBN 5-8066-1468-9.
  1. "Görkəmli tədqiqatçı, professor İbrahim Mollayevin 85 illiyinə həsr edilən elmi-praktiki konfrans keçirilib". 2020-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-14.