Cladochaeta candidissima
Cladochaeta candidissima | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Cladochaeta candidissima |
||||
Beynəlxalq elmi adı | ||||
|
Cladochaeta candidissima (lat. Cladochaeta candidissima) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin cladochaeta cinsinə aid bitki növü.
Botaniki xarakteristikası[redaktə | mənbəni redaktə et]
Çoxillik, (4) 15-40 sm hündürlükdə, ağ, parıldayan sıxılmış keçətüklü bitkidir. Çoxsaylı gövdələri sıx yarpaqlanmışdır, aşağı hissədə sərilmişdir. Yarpaqları 7-10 mm uzunda, bir qədər ətli, oturaq, uzunsov kürəkvaridir. Səbətləri tərskonusvari, qalxanvari şəklində sıx yığılmışdır. Sarğının yarpaqcıqları ağ keçəvari, sarıtəhər rəngdədir. Çiçəkləri sarı rənglidir. Toxumcaları 2 mm uzunda, dar uzunsov, mixəyi, çılpaqdır; kəkili ağ, toxumcadan 3 dəfə uzundur.
Yayılması[redaktə | mənbəni redaktə et]
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Qobustanın rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır. Çay vadilərində, çınqıllıqlarda və dənizkənarı qumluqlarda bitir. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.
Sinonimləri[redaktə | mənbəni redaktə et]
- Cladochaeta velutina Anderb.
- Gnaphalium candidissimum M.Bieb.
- Helichrysum candidissimum Loudon