Eyvazalılar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Eyvazalılar — tayfa.

Koroğlunun aşıqı, təkəli tayfasından olan Aşıq Cünun övlad həsrəti çəkən Koroğlu və Nigar üçün təkəli tayfasından qəssab Alının oğlu Eyvazı oğulluğa götürməyi məsləhət görür. Çənlibeldə böyüyən xan Eyvazın oğlu Alı, Koroğlu öldükdən sonra dağılışan igidlərlə Cənubi Azərbaycanda bir bölgəyə yerləşir. Və beləliklə bu tayfa Eyvazın oğlu Alı tayfası olaraq Eyvazalı tayfası adlanır. Eyvazalı tayfası təkəli tayfasının bir tirəsidir.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Eyvazalı tayfasının ən məşhur aşıqı Aşıq Əsəd olmuşdur. O, İkinci Dünya müharibəsi dövründə aşıq məclislərində Koroğlu, Qaçaq Nəbi və s. igidlik dastan və əhvalatlarını saz ilə ifa edərək, xalqı mənən ruhlandırmış və ağır müharibə dövründə əzmkar olmağa çağırmışdır. Aşıq Əsəd yadelli işğalçılara və şər qüvvələrə qarşı, Koroğlunun düşmən üzərinə igidləri saz və söz yolu ilə motivasiya edərək çağırması ozan-aşıq sənətinin müqəddəs simasını təzahür edir.