Aşıq Əsəd (1857, Naxçıvan – 1947) — tanınmış Naxçıvan aşıqlarından biri.
Aşıq Əsəd Eyvazalı | |
---|---|
Əsəd Məmiş oğlu Eyvazov | |
Doğum adı | Əsəd Eyvazov |
Doğum tarixi | |
Doğum yeri | Qabıllı, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Kəngərli |
Dəfn yeri | Qabıllı |
Həyat yoldaşı | Güllü |
Uşaqları | Fərəməz, İslam, Müskünaz, Şamama |
Atası | Məmiş Eyvazalı (?-1836) |
Anası | Lələ Bəyim |
Fəaliyyəti | şair |
Eyvazov Əsəd Məmiş oğlu 1857-cu ildə Qabıllı kəndində (indiki Kəngərli rayonu) anadan olub. O, aşıq məclislərində Azərbaycan, Əfqanistan, İraq, İran və Türkiyədə qədim dövrlərdə yaşanmış "Əsli və Kərəm", "Aşıq Qərib", "Əmrah", "Tahir və Zöhrə", "Koroğlu" kimi həqiqi dastanlar ilə ifa edərmiş. Yəni, Aşıq Əsəd Eyvazalı saz və söz məclislərində qədim dövrlərdə yaxın şərqdə yaşanmış qəhrəmanlıq, məhəbbət və ibrətamiz hadisələri saz ilə nəql edirmiş.
Aşıq Əsəd Eyvazalının iştirak etdiyi məclislər bir tamaşa xarakteri daşıyarmış. Bu tamaşada musiqi improvizatoru, söz və şer sətirlərinin müəllifi, musiqi alətində – sazda ifaçı və rəqs edən, bir simada – müxtəlif obrazların canlandrılması, Aşıq Əsəd Eyvazalı’nın nəinki usta sənətkar olduğunu, hətta dərin müdrikliyə sahib olduğunun təzahürüdür. Aşıq Əsəd aşıq şeirinin qoşma, gəraylı, təcnis, müxəmməs şəkillərində şeirlər yaradan aşıq olmuşdur. 1947-ci ildə Qabıllı kəndində vəfat edib.