Marxal
Marxal - qar kütləsinin dağ zirvələrindən və yamaclardan sürüşüb axması və sürüşdükcə yeni qar kütlələrini özü ilə aparmasıdır.
Baş vermə səbəbi[redaktə | mənbəni redaktə et]
Qar uçqunlarının əmələ gəlməsinin əsas səbəbləri yamaclarda qarın həddindən artıq yığılması, qar kütləsinin daxilində gedən kristallaşma prosesi və qar sahəsinin temperatur dəyişkənliyi nəticəsində sıxlaşmışdır. Qar uçqunlarının sürəti 20-30 m/san-yə, həcmi bir neçə mln.m3-ə çata bilər. Bu böyük dağıntılara səbəb olur. Qar uçqunları zamanı onun önündə əmələ gələn hava dalğası çox güclü dağıdıcı qüvvəyə malik olur. Qar uçqununun zərbə gücü qar kütləsinin0,5 sıxlığında 1 m2-də 60-100 t təşkil edir. qar uçqunları dağlarda mailliyi 15° və qarın hündürlüyü 40-50 sm-dən yuxarı olan yamaclarda baş verir.
Növləri[redaktə | mənbəni redaktə et]
Hərəkət yolunun səciyyəsinə görə qar uçqunu 3 cür olur:
- Məcradan kənarda bütün yamac boyu sürüşmə şəklində
- Çay məcrası ilə hərəkət edən
- Sərt sütunlardan qopan qar uçqunu[1]
Yayıldığı ərazilər[redaktə | mənbəni redaktə et]
Alp, Şimali Amerikanın Kordilyer, Qafqaz, Xibin və Orta Asiya dağlarında müşahidə edilmişdir. Azərbaycanda bu təbii fəlakət az yayılmışdır və əsasən Böyük Qafqazın cənub yamacında müşahidə edilir.
Xarici keçid[redaktə | mənbəni redaktə et]
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinad[redaktə | mənbəni redaktə et]
- ↑ Fövqəladə hadisələrin təsnifatı- BAKI 2001