Marxal - qar kütləsinin dağ zirvələrindən və yamaclardan sürüşüb axması və sürüşdükcə yeni qar kütlələrini özü ilə aparmasıdır.
Qar uçqunlarının əmələ gəlməsinin əsas səbəbləri yamaclarda qarın həddindən artıq yığılması, qar kütləsinin daxilində gedən kristallaşma prosesi və qar sahəsinin temperatur dəyişkənliyi nəticəsində sıxlaşmışdır. Qar uçqunlarının sürəti 20-30 m/san-yə, həcmi bir neçə mln.m3-ə çata bilər. Bu böyük dağıntılara səbəb olur. Qar uçqunları zamanı onun önündə əmələ gələn hava dalğası çox güclü dağıdıcı qüvvəyə malik olur. Qar uçqununun zərbə gücü qar kütləsinin0,5 sıxlığında 1 m2-də 60-100 t təşkil edir. qar uçqunları dağlarda mailliyi 15° və qarın hündürlüyü 40-50 sm-dən yuxarı olan yamaclarda baş verir.
Hərəkət yolunun səciyyəsinə görə qar uçqunu 3 cür olur:
Alp, Şimali Amerikanın Kordilyer, Qafqaz, Xibin və Orta Asiya dağlarında müşahidə edilmişdir. Azərbaycanda bu təbii fəlakət az yayılmışdır və əsasən Böyük Qafqazın cənub yamacında müşahidə edilir.