Muxtar Səqəfi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Muxtar Səqəfi
ərəb. المختار الثقفي
Doğum tarixi təq. 622
Doğum yeri
Vəfat tarixi 3 aprel 687
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
Fəaliyyəti hərbi lider[d], vali[d], inqilabçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muxtar ibn Əbu Übeyd Səqəfi (təq. 622, Taif, Hicaz3 aprel 687, Kufə, İraq) — Hüseyn ibn Əlinin Kərbəla döyüşündəki ölümünün intiqamını almaq üçün İraqın Kufə şəhərində Əməvi xəlifəliyinə qarşı üsyana başçılıq edən mübahisəli bir erkən İslam inqilabçısı.[1]

Haqqında nəql olunan kəlamlar

[redaktə | mənbəni redaktə et]

Muxtar ibni Əbi Übeydə. Səqif qəbiləsindəndir, künyəsi Əbu İshaq, ləqəbi Keysandır. (Keysan huşyar və ayıq şəxs mənasınadır.)[2][3]

Əli (əleyhis-salam)-ın köməkçilərindən olan Əsbəğ ibni Nubatə deyir: "Keys (Keysan) ləqəbini Əli (əleyhis-salam) Muxtara vermişdir."[4][5]

O, ədəb-ərkanı və əxlaqi fəzilətləri Əhli-beyt (əleyhimus-salam) məktəbindən öyrənmişdi. Cavanlığının əvvəllərində öz atası və əmisi ilə birlikdə (Əli (əleyhis-salam)-ın qoşununda) İran ordusu ilə müharibə aparmaq üçün İraqa gəlmişdi. O həzrətin şəhadətindən azacıq qabaq Bəsrəyə gəlmiş və orada məskunlaşmışdı.[6][7]

"Muxtar Əhli-beytin fəzilətlərini bəyan edir, imam Əli, imam Həsən və imam Hüseyn (əleyhimus-salam)-ın əxlaqi səciyyə və fəzilətlərini camaat arasında yayır və inanırdı ki, Əhli-beyt Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra imamət və hakimiyyət üçün hamıdan irəli və ləyaqətlidir. Habelə, Peyğəmbər Əhli-beytinə baş verən çətinliklərdən narahatlıq hissi keçirirdi".[8] [9] [10]

İmam Sadiq (əleyhis-salam) buyurur: "Muxtar imam Hüseyn (əleyhis-salam)-ın qatillərinin kəsik başlarını bizim xanədanımıza göndərdikdən sonra Haşimi qadınları başlarını darayıb, həna qoymağa başladılar."[11][12][13]

"Muxtara nalayıq sözlər deməyin, çünki o bizim qatillərimizi öldürüb intiqamımızı aldı, çətin şəraitlərdə müəyyən miqdarda mal-dövləti bizim aramızda bölüşdürdü, dul qadınlarımızın (iqtisadi) vəziyyətini sahmana saldı."[14][15]

Übeydullah ibni Ziyad və Ömər Sədin kəsik başını imam Səccad (əleyhis-salam)-ın yanına gətirdikləri zaman səcdəyə düşdü və Allaha həmd-səna etdikdən sonra buyurdu: "Allah Muxtara xeyir əvəzi versin!"[16]

Muxtar Səqəfi Aşura qiyamdan əvvəl imam Hüseyn (əleyhis-salam)-ın Kufədəki səfiri Müslim ibni Əqili himayə etdiyinə görə (Müslimin şəhadətindən sonra) İbni Ziyadın göstərişi ilə həbs olundu və Kərbəla qiyamının axırına qədər Kufədə zindanda qaldı.[17][18][19][20]

  • Əllamə Məhəmməd Baqir Məclisi, "Biharul Ənvar", "Vəfa" müəssisəsi, Beyrut, Hicri Qəməri təqvimi, 1404.
  • Kəşşi, "Ər Rical", Tehran, Hicri Şəmsi təqvimi, 1348.
  • Əbul-Qasim Xoyi, "Möcəmur Rical", Qum, Hicri Qəməri təqvimi, 1410.
  1. Hawting. The History of Al-Tabari, vol. xx, 1989, p. 182
  2. Əllamə Məclisi, "Biharul Ənvar", 45-ci cild, səh. 345
  3. Məhəmməd ibni Yəqub Firuzabadi, "Qamusul Mühit", 1-ci cild, səh. 257, Beyrut, "Daru ehyait-turasil-ərəbi", 1991
  4. Kəşşi, "Ər Rical", səh. 127
  5. Əllamə Məclisi, "Biharul Ənvar", 45-ci cild, səh. 344
  6. Əbdür-Rəzzaq Muqərrəm Musəvi, "Məqtəlul-Huseyn (əleyhis-salam)", "Darus-siqafə", 2-ci çap, Hicri Qəməri təqvimi, 1411-ci il
  7. Xeyruddin Zərkəli, "Əl Ə`lam", 8-ci cild, səh. 70, 1-ci çap, Beyrut, "Darul-elm lil-məllain"
  8. Əllamə Məclisi, "Biharul Ənvar", 45-ci cild, səh. 352
  9. بحارالانوار، ج 45، ص 386
  10. رجال کشی، ص 197
  11. Əllamə Məclisi, "Biharul Ənvar", 45-ci cild, səh. 386
  12. Kəşşi, "Rical", səh. 127
  13. səhih
    • Xoi, "Möcəmur Rical", 18-ci cild, səh. 94
  14. Əllamə Məclisi, "Biharul Ənvar", 45-ci cild, səh. 343
  15. Kəşşi, "Rical", səh. 125
  16. Kəşşi, "Rical", səh. 127
  17. Əllamə Məclisi, "Biharul Ənvar", 45-ci cild, səh. 353
  18. Əli Kərəmi, "Dər Sugi Əmiri Azadi – Guyatərin Tarixi Kərbəla", səh. 398, "Haziq" nəşriyyatı, Qum, birinci çap, Hicri Şəmsi təqvimi, 1380
  19. Əhməd ibni Əli ibni Həcər Əsqəlani, "Əl-isabə fi təmyizis-səhabə", Adil Əhməd Əbdül-Mövcud və Əli Məhəmməd Müəvvəzin tədqiqatı ilə, 6-cı cild, səh. 250, Beyrut, "Darul kutubil elmiyyə", 1-ci çap, Hicri Qəməri təqvimi, 1415
  20. Əbu Cəfər Məhəmməd ibni Cərir Təbəri, "Tarixi Təbəri", Məhəmməd Əbul-Fəzl İbrahimin tədqiqi ilə, 5-ci cild, səh. 571, "Darut turas", Beyrut, 2-ci çap, Hicri Qəməri təqvimi, 1387

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Muxtar qiyamı (ingiliscə) Arxivləşdirilib 2010-06-16 at the Wayback Machine
  • "Muxtar Səqəfi qəlbən Əbu Bəkrə və Ömərə məhəbbət bəsləyirdimi? Nə üçün Kərbəlada imam Hüseyn (əleyhis-salam)-ı müdafiə etməmişdi? - Cavablar xəzinəsi". Islam Quest (az.). İstifadə tarixi: 2024-08-10.