Oleandr hafı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Oleandr hafı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Oleandr hafı
Beynəlxalq elmi adı

Oleandr hafı (lat. Daphnis nerii) — Pulcuqluqanadlılar dəstəsinə, haflar fəsiləsinə aid növ. Nəsli kəsilməkdə olan növdür.

İri gecə kəpənəyidir. Qanadları açıq halda 90 –125 mm-dir. Ön qanadın uzunluğu 45 – 52 mm-dir. Ön qanadlar üzərində qradient ləkələrdən, qırmızı, çəhrayı, yasəməni, boz, ağ rənglərin qarışığından ibarət səciyyəvi "mərməri" naxış vardır. Arxa qanadlar çəhrayımtıl-boz rəngdə olub, üzərində nazik dalğavari xətt vardır, xarici kənarları bozumtul – yaşıldır. Başı, döşü, qarıncığı bozumtul – yaşıl rənglidir. Bığcıqları ağımtıldır. Tırtılı çox iridir (uzunluğu 11 sm), rəngi parlaq yaşılıdır (bel tərəfi sarımtıl – ağdır), qısa sarımtıl buynuzu vardır.[1]

Avropa, Asiya, Şimali Afrika, Cənubi Qafqaz, AzərbaycandaAbşeron, Lənkəran, Ordubad.[2]

Evritop növdür. Kəpənəklər maydan avqusta qədər uçur, güman ki, ildə iki nəsil verir. Qafqazın Qara dəniz (Suxumi) sahillərində 4-ə qədər nəsil verir. Kəpənəklər çox böyük məsafəyə 2 – 3 min km-ə qədər uçmağa uyğunlaşmışlar. Tırtılları oleandr (Nerium sp.) yarpaqları və qıfotu (Vinca herbacea) ilə qidalanırlar. Puplar torpaqda, oleandr bitkisinin dibində qışlayırlar.[3]

R. Əffəndi tərəfindən Abşeronda 3, Lənkəranda 2 kəpənəyi qeydə alınmışdır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Abşeronda Oleandr bitkisinin məhv edilməsi bu kəpənəyin sayının kəskin azalmasına səbəb olmuşdur. Kəpənəklərin həvəskar kolleksiyaçılar tərəfindən tutulması və tırtılların toplanması da onun sayına mənfi təsir edir.

Qəbul olunmuş qorunma tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Tutulmasını qadağan etmək, oleandr bitkisinin sahəsini genişləndirmək, kəpənəyi süni surətdə çoxaldaraq təbiətə buraxmaq lazımdır.

Pupları uzun, üzərində qara nöqtələr olur. Bu qara nöqtələr nəfəslikləri əhatə edir.

Pup
  1. Azərbaycanın Qırmızı Kitabı, Bakı, II Cild, 2013
  2. Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с.135;
  3. Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана, Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.
  • Azərbaycanın Qırmızı Kitabı, Bakı, II Cild, 2013
  • Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с.135;
  • Миляновский Е.С. Фауна чешуекрылых Абхазии // Тр. Сухум. опытн. ст. эфиромасл. культур. Сухуми, 1964.190 с.;
  • Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана, Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]