Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Qafqaz — Asiya və Avropada coğrafi region.
Qafqazın şərq sərhəddinin Xəzər dənizi, qərbinin isə Qara dəniz olduğu qəbul edilir ancaq şimali və cənubi sərhədləri haqqında konsensus yoxdur. Şimalda fiziki-coğrafi sərhəd Kuma-Manıç çökəkliyi, hazırkı inzibati bölgüyə görə isə Krasnodar və Stavropol vilayətlərinin və Dağıstanın şimal sərhədləri hesab edilir. Bəzən Qafqaza şərti olaraq Kalmıkiya da deyilir
Şimali Qafqazın böyük hissəsinin tarixi-etnoqrafik olaraq rus çöllərinə və Aşağı Volqaboyuna daha yaxın olduğu nəzərə alındıqda isə Qafqazın şimal sərhəddini Kuban çayı boyunca, Kuma, Malke və Tereka təpərindən keçirmək olar. Beləliklə Krasnodar vilayətinin cənubu, Adıgey, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Şimali Osetiya, İnquşetiya, Çeçenistan və Dağıstanın böyük bir bölümü bu bölgəyə daxil olur.
Cənub sərhədlərini siyasi olaraq Azərbaycan, Ermənistan və Gürcüstan ilə İran və Türkiyənin sərhədləri təşkil edir. Azərbaycan Qafqaz ölkəsidir çünki, böyük və kiçik qafqaz dağları həmçinin böyük zirvələri Azərbaycanda yerləşir. Azərbaycan Qafqaz ölkəsidir, lakin əhalisi türklərdir, azərbaycanlıların əcdadları Orta Asiyadan gəlib.
Roma tarixçisi Qay Yuli Solin özünün "Dünya möcüzələri haqqında" əsərində yazır ki, skiflər Qafqaz dağlarını "Kroukas" adlandırır, və bu, skifcə "qardan ağaran" deməkdir.[1] "Kroukas" sözü türk dillərində belə açıqlana bilər: "kar" (qar)[2]+ "kaS / kaD" (qaya, dağ)[3].
Asiya ilə Avropanın birləşdirən Qafqaz rus yazıçılarının Tolstoy, Puşkin və Dostoyevskinin əsərlərində heyranlıqla qeyd etdikləri, ərəb coğrafiyaşünaslarının isə dillər dağı mənasını verən Cebel-Ül Elsan adlandırdıqları coğrafi bölgənin adıdır. Qafqazın strateji əhəmiyyəti və geosiyasi mövqeyi onu dünyanın ən çox diqqət çəkən regionlarından birinə çevirmişdir. Qafqaz sözü antik yunan mütəfəkkiri Esxilin e.ə. 472–458-ci illər arasında yazıldığı güman edilən "Zəncirlənmiş Prometey" əsərində çəkilmişdir. Əsərin iki fərqli hissəsində Qafqaz adı qeyd olunmuşdur. Bu adın mənasını isə müəllif Qara dənizin cənubunda yerləşən "ən yüksək dağlar" şəklində izah etmişdir.[4] Yunan müəllifi Herodot "Tarix" əsərində "Atlı tayfaların sivilizasiyası"nın mühüm halqasını təşkil edən kimmerlər və skiflər haqqında məlumat verərkən Qafqaz adından dəfələrlə istifadə etmişdir. Əsərdən məlum olur ki, Herodot Qafqaz adını dağ və bölgə adı kimi işlədir, skiflərin Midiyaya basqınlarından bəhs edərkən Kaspi/Xəzər dənizinin qərbindəki dağların ən uzunu və ən hündürünün Qafqaz olmasını, Şimali Qafqazın müxtəlif dillərin və dialektlərin danışıldığı coğrafiya olması səbəbindən "Mədəniyyətlər mozaikası", "Mədəniyyətlər dağı", "Dillər dağı" kimi də tanınmasını vurğulayır.[5] "Qafqaz" termininin ilk dəfə 479-cu ildə Dağıstanın yerli sakinləri tərəfindən istifadə edilməsi, Dağıstanda Qafqaz adlı kəndin olması barədə də məlumatlar vardır. Qədim ərəb coğrafiyaşünasları tərəfindən "Cebelü'l-Elsan/Diller dağı" da adlandırılmışdır. Firdovsinin "Şahnamə"sində bölgənin adı "Kuhe kâf" şəklində çəkilmişdir. Qafqaz xalqlarından olan ləzgilər Qafqaz adını "kasların dağı" şəklində izah etmişlər.Övliya Çələbi "Səyahətnamə"sinin VII cildində Qafqaz dağları haqqında aşağıdakı maraqlı məlumatlar vermişdir:"Bərzi tayfası bu yüksək dağın ətəyində yaşadığı üçün fars tarixçiləri bu böyük dağa Bərzi dağı (Küh-Əl Bərz və ya Elbrus dağı) deyirlər. Ərəb dilində dağların atası mənasını verən Əbü'l-Cibal mənasını verir. Bu, aləmləri yaradan Allahın qeyd etdiyi Kaf dağıdır".[6]
Qafqazın müasir ərazisi 440.4 min km² təşkil edir. Əhalisi 30 mln. nəfərdir. Regiona Cənubi Qafqazın 3 dövləti (Gürcüstan, Azərbaycan, Ermənistan) Rusiya Federasiyasının (RF) 2 diyarı (Krasnodar, Stavrapol) və 7 respublikası (Adıgey, Dağıstan, İnquşetiya, Çeçenistan ( İçgeriya) Kabardin-Balkar, Qaraçay-Çərkəz, Şm.Osetiya (Alanya) daxildir. Qafqaz Qara, Xəzər dənizləri arasında yerləşir. Onun sərhədləri şimalda Kuma-Manıç çökəyi, cənubda İran və Türkiyə ilə sərhədlənir. Qərbdən-şərqə və şimaldan-cənuba gedən qədim ticarət yolları və müasir TRASEKA (İpək yolu) Şimal-Cənub dəhlizi məhz Qafqazdan keçir.
Fiziki-coğrafi bölgüyə görə Asiyaya aid edilir, lakin burada yerləşən ölkələr Avropanı seçim etmişlər və onun qurumlarına daxil edilmişdir. Qafqaz mülayim və subtropik enliklərin təmas zonasında yerləşir.
Dünyanın iqtisadi xəritədə tutuduğu mövqeyə deyilir. Daha geniş mənada bu regiondan kənarda yerləşən, onun inkişafına təsirə görə olan mövqedir. Burada Qara dəniz vasitəsilə dünya okeanına çıxmaq Avropaya yaxın yerləşmək, Xəzər dənizi vasitəsilə şimala və qərbə çıxışları vardır. Qafqazın iqtisadi-coğrafi mövqeyinə görə Şimali Qafqazla Cənubi Qafqaz arasında fərqlər vardır. RF ucqar cənubunda yerləşir. Qara, Azov və Xəzər dənizi ilə əhatələnməsi ona həm dünya yollarına çıxmağa, Volqa-Don kanalı vasitəsilə Avropa əlaqəsi təmin olunur. Xəzər dənizi vasitəsilə İran və Yaxın Şərqə çıxışını təmin edir. Onun sərhədləri Mahaçqala, Qara dənizdə Norosiyyat Tuapse limanları vardır. Cənubi Qafqazdan Rusiya və Şərqi Avropaya çıxan yolları üzərində yerləşir. Cənubda Gürcüstan və Azərbaycanla sərhədlənir.
Mülayim və subtropik enliklərin təsiri altında formalaşır. Qafqazın qərb hissəsi çox yağıntı alır. Ən çox yağıntı Qafqazın Qara dənizə baxan yamacları alır. Batumi, Quqarın ən çox yağıntı alan ərazilərdir . Ən az yağıntını isə Qafqazın şərq bölgələri alır.
Şaquli qurşaqlıq üzrə Qafqazın əsas torpaq tipləri dağ-çimli, dağ- çəmən, dağ-podzol, podzollaşmış qonur, qonur meşə, boz-meşə, qəhvəyi, boz-qəhvəyi, dağ-qara, rütubətli yerlərdə sarı və qırmızı torpaqlardır. Çimli dağ-çəmən torpaqlar alp çəmənlikləri altında formalaşmışlar. Bu torpaqla- «A» horizontunun qalınlığı 10-15 sm-dir. Rəngi tünd qəhvəyi olub, yarım torflaşmış şəkildədir. Keçid qat olan B/ horizontu qonur — qəhvəyi rəngdədir və qalınlığı 20 sm-dir. Bu torpaqlarda humus yüksək olub, 28%-ə çatır.
Dağ-çəmən torpaqlar subalp çəmənliklər üçün xarakterik torpaqlardır. Çürüntü qatının qalınlığı (A+B) çox deyil. Adətən bu qalınlıq 30-40 sm təşkil edir. Bəzən onun qalınlığı 60-70 sm-ə çatır. Rəngi boz-qəhvəyi və yaxud qonur-qara; yuxarı çürüntülü qat yarım torflaşmış halda rütubətlilik çox olan yerlərdə tam torflaşmışdır. Qaratorpağa bənzər torpaqlarda ana süxur əsasən karbonatlıdır. Dağ podzol torpaqlar iynəyarpaq meşələr altında əmələ gəlir. Qonur meşə torpaqlarının fısdıq meşələri altında «A» horizontunun qalınlığı 15-20 sm, qonur-qəhvəyi, qozvarı, çoxlu yağış qurdları var, keçid tədricidir. «B» horizontunun qalınlığı 60-80 sm (A+B=100 sm ə kimi), çox açıq, qonuru, qozvarı. «C» horizontu adətən karbonatlıdır.
Humusun miqdarı «A» horizontunda 8-12 %-dir. Podzollaşmış qonur torpaqlar əsasən iynəyarpaqlı meşələr altında formalaşır. Bu torpaqların alluvial və illüvial horizontları aydın ifadə olunmuşdur.
Boz meşə torpaqları Şimali Qafqazın ön dağlığında palıd meşələri altında formalaşmışdır.
Qafqazın orta dağlıq ərazisi olan 200-500m hündürlükdə enliyarpaq və iynəyarpaq meşələr üstünlük təşkil edir. Azərbaycanda onlar bütün meşələrin 98%-ni, Ermənistanda 93%, Gürcüstanda 83% təşkil edir. Azərbaycanın Göygöl ətrafında şam meşəliklərinə rast gəlinir. Qafqazda torpaqlar şaquli zonalar üzrə yerləşir . Düzənlik ərazilər boz torpaqlarla örtülmüşdü. Qafqazın düzən əraziləri Kolxida ovalığı istisna olmaqla quru subtropik bitkilər yayılmışdır. Çöl və yarımsəhralarında (Şərqi Qafqazın düzənlikləri) qış otlaqları kimi istifadə olunur. Buralarda qoyunçuluq inkişaf etmişdir. Rütubətli subtropik zonalara Kolxida və Lənkəran ovalıqları daxildir. Burada sarı torpaqlar yayılmış, çayçılıq və subtropik meyvəçilik inkişaf etdirilir. Qara dəniz Qafqaz regionunun qərbində yerləşir, dünya okeanı ilə Bosforbogazı vasitəsilə birləşir. Sahəsi 422 min km², sahil xəttlərini uzunluğu 4340 kmdır. Qafqazın iki ölkəsi Gürcüstan və Rusiyanın cənubu Qara dənizə çıxışı vardır. Qara dənizdə Gürcüstanın Batumi, Poti və Suxumi limanaları yerləşir. (bu limanlar hazırda Rusiyanın nəzarəti altındadır.) Gürcüstanın Qara dəniz sahillərində Azərbaycanın Kulevo neft terminalı fəaliyyət göstərir. Rusiyanın Qara dəniz sahillərində ən böyük limanı Novorossirskdır. Azərbaycan bu limanla neft ixrac edir (Bakı-Novorossirsk neft kəməri). Hazırda Qara dəniz sahili ölkələrini əhatə edən Qara dəniz birliyi yaradılmışdır. Azərbaycan da bu birliyin tərkibinə daxildir. Birlik ölkələri dənizin ekologiyasını qoruyur, ticarət əlaqələrini həyata keçirirlər. Dənizin sahillərində su heç vaxt donmur. Çimərlik və kurort turizmdə geniş istifadə olunur . Qara dəniz TRASEKA magistral nəqliyyatının Avropaya çıxışını təmin edir. Xəzər dənizi Asiyanın qərbində yerləşir və Qafqazı Qazaxıstan və Mərkəzi Asiyadan ayırır. O , nəhəng axarsız göldür . Xəzər dənizinin adı Qafqazın şərqində yaşamış və “Xəzərlər” adlanan qədim tayfanın adından götürülmüşdür. Xəzər dənizi 374 min km², sahil xəttinin uzunluğu 7 min km-dir. İqlimi sərt kontinentaldır. Qışda şimal hissəsi 2-3 aya donur. Xəzərin ətrafında 5 dövlət yerləşir;Azərbaycan , RF,İran , Türkmənistan və Qazaxıstan . Xəzərin bölgüsü başa çatdırılmayıb. Rusiya, Qazaxıstan və Azərbaycan öz aralarında dənizin dibi ilə keçirilən sərhədlərini müəyyənləşdiriblər . Lakin Türkmənistan və İranla Azərbaycan arasında dənizin bölgüsü həyata keçirilməyibdir. Bu da müəyyən ziddiyyətlər yaradır, xüsusilə neft yataqlarının istismarında. Xəzər dənizinin Azərbaycan sahillərinin uzunluğu 825 km təşkil edir. Xəzər dənizi qiymətli ağ balıq növləri ilə zəngindir — nərə balığı, kütüm, qızıl balıq. Xəzər dənizi qara kürü, qurubalıq istehsalı və balıq konservlərinə görə dünyada məşhurdur. Xəzər dənizi xüsusilə neft-qaz ehtiyatları ilə zəngindir . Xüsusilə, Azərbaycan, Qazaxıstan və Türkmənistanın sahil zonaları özünün neftli qazlı olması ilə fərqlənirlər. Xəzər dəniz nəqliyatı inkişaf edib. Azərbaycan Xəzər, Volqa-Don kanalı vasitəsilə dünya okeanına çıxır. Azərbaycanın Xəzərdə ən böyük limanı Bakıdır. Türkmənistanın Türkmənbaşı, Bektaş, Qazaxıstanın Aktau, Rusiyanın Həştərxan, Mahaçqala, İranın-Ənzəli limanları Xəzər dənizi qarşısında duran əsas məsələlər:
1)səviyyəsi tez-tez tərəddüd edir, çətinlik yaradır
2)ekoloji problemi isə neft-qaz çıxarılması və çaylar vasitəsilə Rusiyadan çoxlu çirkli suların axıdılmasıdır.
3)Qafqazın ekoloji vəziyyətinin qorunması. Kürün və Araz çaylarının çox çirklənməsi
4) Təbii fəlakət hadisələrinin geniş yayılması, zəlzələr, daşqınlar, sürüşmələr, doluvurma
Qafqazın əhalisi 30.2 milyon nəfərdir . Bu əhalinin 55% C.Qafqazda, 45% Ş.Qafqazda yaşayır. Qafqaz əhalisinin milli tərkibi ən mürəkkəb olan regiondur. Asiya ilə Avropa arasında keçid yeri olan Qafqazdan çox sayda xalqlar keçmişlər. Onların güclü olanları burada qədim dövlətlər yaratmışlar. Qafqazın dağlıq relyefi insanların gediş-gəlişinə çətinlik törətmişdir. Ona görə də qapalı dərələr və dağarası çökəkliklərdə xırda etnik qruplar yaratmışdır. Hazırda Qafqazın ərazisində 50-dən çox müxtəlif xalq yaşayır. Nisbətən Kiçik Qafqaz regionunda dörd dövlət Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiya Federasiyasının cənubu yerləşir . Bunlardan əlavə Qafqazın cənub hissəsində Naxçıvan MR, Acarıstan və Abxaziya MR və Cənubi Qafqazda isə qeyd olunduğu kimi 7 milli inzibati bölgü vardır. Qafqazın xalqlarının çoxu dörd dil ailəsinə aiddirlər :
1) Şimali Qafqaz etnik qrupu,
2) Kartveli,
3) Hind-Avropa,
4) Altay
Hind Avropa dil ailəsinə əsasən slavyanlar, ermənilər, Gürcülər (kartveli) ailəsinə aiddirlər. Qafqaz dağlarının cənubunda yaşayırlar. Gürcülər həmçinin Osetiyada və Azərbaycanda yaşayırlar. Türk dil qrupuna Qafqazda azərbaycanlılar, qaraçaylar, balkarlar, kumıklar, naqoylar və türkmənlər aiddirlər. Azərbaycanlılar əsasən Azərbaycan Respublikasında yaşayır və əhalinin 90%-ini təşkil edir. Kənarda azərbaycanlılar Gürcüstanda gürcülərdən sonra 2-ci yer tuturlar, Dağıstanın Dərbənd şəhərində azərbaycanlılar çoxluq təşkil edirlər. Dərbəndin Mahaçqalada (dağ yəhudiləri) Ermənistanda azərbaycanlılar ermənilərdən sonra 2-ci yeri tuturdular. Lakin oradan qovulan ermənilər isə əsasən öz respublikalarında yaşayırlar. Hazırda Gürcüstan və Şimali Qafqazda çox sayda ermənilər yaşayır. Azərbaycanda 120 mindən çox erməni əhalisi yaşayır. Onların böyük əksəriyyəti Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ vilayətində, qismən də Bakı və digər şəhərlərində yaşayır (nigahlı). Şimali Qafqazda ermənilər geniş yayılmışdır.
Qədim zamanlardan Qafqaz Bizans İmperiyası, Sasanilər, Ərəb Xilafəti, Qızıl Orda, Rusiya imperiyası və Avropa kimi qüvvələrin siyasi və mədəni toqquşmasına şahidlik etmişdir, ancaq heç biri bu əraziyə tamamilə hökm etməyə nail olmamışdır. Bölgə zəngin yeraltı xam maddə ehtiyatına sahibdir və tarixi olaraq ticarət yollarının kəsişmə nöqtəsi olmuşdur. Tarixi İpək Yolu buradan keçmişdir.
Burada da böyük kütlələrin hərəkətinə əlverişli keçid yoxdur. Beləcə Qərb və Orta Qafqazlar dik, son dərəcə kələ-kötür və keçid verməyən xüsusiyyətləri səbəbiylə Rusiyaya qarşı müqavimət göstərən qafqazlıların son sığınacaqlarını təşkil etmişdir. Şərq Qafqazlar isə, Daryal Keçidindən Abşeron yarımadasına qədər uzanar.
Qafqazın iki əhəmiyyətli və hər vaxt açıq olan keçidi vardır. Bunlardan biri Daryal keçididir. Keçidin dəniz səviyyəsindən yüksəkliyi 2379 metrdir. Vladiqafqazı Tiflisə bağlayan və Rusların "Gürcüstan Hərbi Yolu" deyilən yol da bu keçiddən keçir. Yol eyni keçiddə axmaqda olan Terek çayının ana qolunu izləyir. Orta və cənub seqmentləri üzərində osetinləryaşayırlar. Bu keçid Qafqazı siyasi, əsgəri və hətta ictimai istiqamətlərdən iki ana parçaya ayırır. Gürcüstanın Rusiyaya bağlanmasından sonra bu keçidin əhəmiyyəti daha da böyümüşdür. Keçid Qafqazı ələ keçərmək istəyən Rusiya üçün həm Gürcüstanla əlaqəni davamlı açıq saxlamaq və həm də Qərb Qafqazdakı çərkəz-abxazlar ilə Şərq Qafqazdakı çeçenlər və dağıstanlılar arasındakı əməkdaşlığı kəsmək baxımından həyati bir əhəmiyyət daşımaqda idi. [mənbə göstərin]
Daryaldan başqa ikinci əhəmiyyətli keçid Dərbənddir.Bu keçid Xəzər dənizi sahili boyunca uzanır və genişliyi 1.5 ilə 30 km arasında dəyişir.Qeyd etmək lazımdır ki bu keçid qafqazda çox böyük keçidlərdən biridir və son dərcədə tarixi coğrafi baxımdan əhəmiyyətlidir.
Burada yaşayan xalqlar dillərinə görə 3 qrupa bölünür:
İslam (şiəlik və sünnilik) və xristian dinləri əsas dinlərdir. Müsəvilik dininin nümayəndələri də mövcüddür. Tarixi olaraq Qafqaz atəşpərəstlik dininin mərkəzlərindən sayılır.
Təbii şəraiti, zəngin təbii ehtiyatlara malik olan Qafqaz regionu təsərrüfatı sənaye-aqrar xarakteri daşıyır. Üstün yeri sənaye tutsa da Qafqaz regionunda kənd təsərrüfatı da güclü inkişaf etmişdir. Region ərazisində üstün yeri hasilat sənaye sahələri tutur. Neft-qaz , filiz , hidroenerji, rekreasiya ehtiyatlarının istifadəsi əsasında Qafqazda neft-qaz sənayesi güclü inkişaf etmişdir. Onun iri mərkəzi Azərbaycanın Bakı sənaye rayonunda burada ildə 50 mln. tona qədər neft , 26 mln m³ qaz (2010-cu ildə) hasil olunmuşdur. Şimali Qafqazda neft-qaz hasilatı əsasən Çeçenistan, Dağıstan, Krasnodar və Stavropolda inkişaf etdirilir. Əvvəllər neft və qazı Rusiyanın digər rayonlarına göndərirdilər, hazırda həmin yerlərdə istifadə edilir. Bakı, Krasnodar, Maykopda neft emalı zavodları yerləşir.
Elektrik enerjisi əsasən yerli yanacaq və SES-lər hesabına inkişaf etdirirlir. Azərbaycanda və Ermənistanda istilik elektrik stansiyaları üstünlük təşkil edir. Əlavə olaraq Ermənistanda Metsamor AES fəaliyyət göstərir. Region üçün təhlükə yaradır. Azərbaycanda DRES-lər Mingəçevir, Şirvan, Bakıda fəaliyyət göstərirlər. İEM-lər Gəncə, Sumqayıt şəhərlərindədir. Son illər ölkənin müxtəlif rayonlarında modul elektrik stansiyalar tikilmişdir (Astara, Quba və s.). Ən iri SES-lər kaskad şəklində Kür çayı üzərində salınmışdır. Mingəçevir, Şəmkir, Yeni Kənd, Tərtər çayında Sərsəng SES, Araz çayının Naxçıvan İran sərhəddində birgə SES salınmışdır. Son illərdə Azərbaycanda alternativ enerji mənbələrindən istifadə artır. Gürcüstanda istilik stansiyaları ilə yanaşı həm də çox sayda SES fəaliyyət göstərir. Onun İnquri, Rioni, Kür çay üzərində SESlər vardır. Şimali Qafqazda elektrik enerjisinin əsas hissəsini İES-lər verir. Terek, Sulak və b.çaylar üzərində SES-lər tikilibdir.
Maşınqayırmada əsas yerli neft, qaz və yeyinti sənayesi üçün avadanlıqlar, çəltik yığan kombaynlar istehsalı tutur. Azərbaycanda avtomobil zavodları Naxçıvanda, Şamaxıda və Gəncədədir. Metallurgiya sənayesi həm Şimali , həm də Cənubi Qafqazda inkişaf etdirilir. Qara metallurgiya inkişafı Daşkəsən dəmir filizi və metal qırıntısına əsaslanır. İri mərkəzlər Rustavi, Sumqayıt şəhərlərindədir. Rustavi Daşkəsən dəmir filizi əsasında çuqun, polad, prokat istehsal edir. Hazırda işləmir. Gürcüstanın Giyatura mədənlərində manqan çıxarılır. Əlvan metallurgiya regionda xeyli inkişaf etdirilmişdir. O Azərbaycanda, Gəncə və Sumqayıt alüminium müəssisələri, Gədəbəydə qızıl zavodu ilə təmsil olunur. Son illərdə Ermənistanda yukelirvə almaz emalı sahələri güclü inkişaf etmişdir. Ermənistanın Qafan,Qaçaran, Gürcüstanın Madneuli zavodları əlvan metallurgiyaya aiddirlər. Şm.Qafqazda əlvan metallara Şm.Osetiya (Sadon), Kabardin-Balkarda(Tirenauz) inkişaf etdirilir. Kimya sənayesi Azərbaycanda (Sumqayıt, Gəncə), Ermənistanda (İravan kauçuk, lif və başqa məhsullar, Vanadzorda kimyəvi liflər), Gürcüstanda (Rustavi azot gübrəsi və süni liflər) Toxuculuq sənayesi əvvəl regionda güclü idi. Hazırda xaricdən çoxlu və çeşidli mallar gətirildiyinə görə xeyli zəifləyibdir. Onun digər səbəbi C.Qafqazda pambıqçılıq və ipəkçiliyin azalmasıdır.
Qafqaz regionunda güclü inkişaf edən sənaye sahəsi qida sənayesidir. Bu sahənin inkişafı üçün güclü kənd təsərrüfatı məhsulları, mineral müalicə sular və satış bazarı vardır. Qida sənayesi regionun hər yerində yayılmışdır. Gürcüstanda inkişaf edən əsas qida sənayesinə çay emalı, şərabçılıq, konserv, siqaret istehsalı, bitki yağı və b. Onun Rusiya bazarlarına buraxılmaması şərabçılıq sənayesinə güclü ziyan vurdu. Hazırda ölkənin şərabçılıq sənayesi ABŞ və Hollandiya firmalarına məxsusdur. Artıq Rusiya da Gürcüstanın şərab bred markasını tanıyır və məhsullarını alır. Üzümçülüq və şərabçılıq Kaxetiyada güclü inkişaf etmişdir. Keyfiyyətli şərab növləri istehsal olunur. Azərbaycanda üzümçülük və şərabçılıq bərpa olunur. Əsas rayonları Gəncə-Qazax, Şamaxı-İsmayıllı və Naxçıvandır. Balıqçılıq Aşağı Kürdə, Lənkəranda yayılmışdır. Çay emalı Lənkəran, Astarada, şəkər sənayesi İmişlidə yerləşir. Şimali Qafqazda qida (yeyinti) sənayesi güclü k/t istehsalına əsaslanır. Burada şəkər, un-yarma, birki yağı, süd-ət heyvandarlıq məhsulları istehsalı hər yerdə yayılmışdır.