Taxtacan tıs-tısı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Taxtacan tıs-tısı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Taxtacan tıs-tısı (lat. Acantholimon takhtajanii) — plumbaqokimilər fəsiləsinin tıs-tıs cinsinə aid bitki növü.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Qafqaz, Şimal-Qərbi Asiya, Türkiyənin Ərzurum əyaləti, Şimal-Şərqi Anadoluda təbii halda yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Sıx, yarımkürəşəkilli yastığa malik, diametri 15-40 sm olan alçaq koldur. Budaqları sıx yerləşmişdir. Sərt yarpaqları 1-2 (1,5-2,5) mm enində, 1-3 (1,5-4) sm uzunluqda olub, bozumtul-yaşıl rəngli, çılpaq, yastılaşmış üç hissəli və xətvari şəkillidir. Çiçək qrupu 8-15 sm uzunluqda olub, oxu demək olar ki, düz və ya bir qədər əyilmişdir. Çiçəkaltlıqları qırmızımtıl və çılpaqdır. Xarici çiçəkaltlıqları yumurtavari, itiuclu, ensiz haşiyəli olub, daxili çiçəkaltlıqların (1/2) 2/3-3/4 hissəsinə bərabərdir. Daxili çiçəkaltlıqları bir-birinə bərabərdir. Kasacığı qıfvari, büküyü ağ və qırmızı damarlıdır. Tacı parlaq çəhrayıdır. İyun-iyul ayında çiçəkləyir, avqustda toxumları yetişir.

Kserofitdir. Növə aşağı və orta dağlıq qurşaqlarda 800-1800 (1200-2400) m hündürlükdə, dağ bozqırlarında və friqanoid bitkiliyində rast gəlinir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvan MR-nın Ordubad rayonunda, Dırnıs, Kələki kəndlərində, daşlı yamaclarda və seyrək ərazilərdə yayılmışdır.

Bol çiçəkləməsinə və çiçəklərini uzun müddət saxlamasına, çox əlvan, parlaq, qırmızımtıl, çəhrayı və ağ rəngdə olmasına görə dekorativ bitki kimi xüsusi əhəmiyyət kəsb edir.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.