Kristobal Balensiaqa
Kristobal Balensiaqa Eysaqirre | |
---|---|
isp. Cristóbal Balenciaga Eizaguirre | |
Doğum tarixi | |
Doğum yeri | Qateriya, İspaniya |
Vəfat tarixi | (77 yaşında) |
Vəfat yeri | Alikante, İspaniya |
Milliyyəti | ispan |
Fəaliyyəti | dizayner, iş adamı, dəb dizayneri, modelyer[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Kristobal Balensiaqa Eysaqirre (isp. Cristóbal Balenciaga Eizaguirre; 21 yanvar 1895[1][2][…], Qateriya[d], Basklar ölkəsi – 1972[3][4][…], Xavea, Valensiya icması[d]) — ispan modelyeri.
Həyatı və fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Kristobal Balensiaqa XIX əsrin sonlarında 1895-ci ildə İspaniyanın Qateriya şəhərciyində dünyaya gəlib. Gələcək dizaynerin atası balıqçı, anası isə dərzi idi. Kristobal tikmə bacarığını anasından mənimsəyib. 12 yaşı olanda atası vəfat edir və o, anası ilə birlikdə İspaniyanın San Sebastian şəhərinə köçürlər. Anası dolanışıq üçün oğlunu dərzi sexində şagird kimi işə düzəldir. Kristobalın uğur hekayəsinin başlanğıcı da elə bu şəhərciklə bağlıdır.
O, həyatının həlledici paltarını markiza Kassa Torresə tikir. Onda onun hələ 14 yaşı var idi. Gənc oğlanın işindən razı qalan markiza bu paltarı hələ uzun müddət sevə-sevə geyinir. Markizanın köməyi ilə Kristobal faydalı tanışlıqlar qazanır, yaxşı müştərilərlə işləmək şansı əldə edir. Lakin K. Balensiaqa bununla kifayətlənmədiyini, inkişaf üçün istedadını mütləq inkişaf etdirməli olduğunu yaxşı anlayırdı. Ona görə də 1913-cü ildə məşhur ispan dərzisi Kalle de Hernanin yanında işə düzəlir.
Kalle de Hernanin yanında bir müddət işləyəndən sonra Balensiaqa lazımi təcrübə əldə etmək üçün Parisə yola düşür. O, vaxt itirmədən Koko Şanelin yanında təlim keçir. İlhamlanmış və cəsarətlənmiş novator daha sonra İspaniyaya qayıdır və burada maraqlı ideyalarını tətbiq etməyə başlayır. O, 1915-ci ildə Balenciaga adlanan şəxsi atelyesini açır. Paris modelləri ispaniyalı modelyerə başgicəlləndirici uğur gətirir. Bu uğurlar dizaynerə 1933-cü ildə Madriddə, 1935-ci ildə isə Barselonada butik açmağa imkan verir.
1936-cı ildə İspaniyada vətəndaş müharibəsi başladığı üçün doğma şəhərini tərk etməli olur. Parisə köçüb fəaliyyətini orda davam etdirir. Lakin Parisdə biznesini sıfırdan qurmaq lazım gəlir. 1937-ci ildə K. Balensiaqa Parisin nüfuzlu məhəlləsində ilkin kapitalı az olan xüsusi salon açır. Özünün ilk kolleksiyasını göstərmək üçün Kristobal hətta borc pul alır. Gələcəyinin kolleksiyanın uğurundan asılı olduğunu bilən dizayner yorulmaq işləyir və zəhmətinin bəhrəsini 1939-cu ildə nümayiş etdirir. Fransadakı məşhurluğunu Infanta adlı kolleksiyası sayəsində əldə edir. Zaman keçdikcə dizaynerin müştəriləri sırasına Jaklin Kennedi, Marlen Ditrix, Qloriya Ginnes, Barbara Xatton, İnqrid Berqman, Polin de Rotşild kimi məşhurlar qoşulur.
Kuturyenin müharibə illərindəki gərgin işi 1945-ci ildə qadın siluetini tamamilə dəyişərək moda dünyasına yeni fasonlar bəxş etməsilə nəticələnir. Dördkünc çiyinlik və ensiz bel fasonları onun kəşfidir. Açıq çiyin dekoltesini də dəbə Balenciaqa gətirir. Bu detallar Balensiaqa inqilabı adlanır.
Bundan başqa, Balensiaqa elit parfümeriya istehsalına başlayır. 1947-ci ildə alıcılarını ilk Le Dix adlı ətiri ilə sevindirir. Kristobel bədən və paltar arasında inanılmaz harmoniya yaradır. Balensiaqa 1955-ci ildə paltar-tuniki ixtira edir. Bu geyim biçimi 1958-ci ildə paltar-köynəyə çevrilir.
Balenciaga moda evi fəaliyyəti göstərdiyi illər ərzində öz reputasiyasını çox yaxşı möhkəmləndirir. Moda evi hətta ən əziz və daimi müştərilərinə endirimlər etmirdi. Buna baxmayaraq, cəmiyyətin ən yüksək üzvləri həmişə onun ətrafında toplanırdı. İspaniya və Belçika kraliçları, hersoqinyalar, Monako şahzadəsi — bir sözlə, dünyanın ən zərif və tanınmış qadınları onun müştəriləri idi. Ona görə də 1968-ci ildə kuturyenin moda evini bağlamaq qərarı hamınını təəccüb içində qoyur. Parisdəki, Madriddəki və Barselonadakı atelyelər bir-birinin ardınca bağlanır. Moda aləmində uğur qazanan modelyer 74 yaşında bu işlərdən birdəfəlik uzaqlaşır. O, bu qərarını brendin konsepsiyasını dəyişmək və bazarın yenilikləri ilə uyğunlaşdırmaq istəməməsi ilə əsaslandırırdı.
Fransanın Fəxri Legion Ordeninə layiq görülən, danılmaz nüfuza malik dizayner 1974-cü ildə dünyasını dəyişir. Vəfatından sonra onun tələbələri moda evinin fəaliyyətini bərpa edirlər.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Cristóbal Balenciaga (nid.).
- ↑ Cristóbal Balenciaga // RKDartists (nid.).
- ↑ Cristobal Balenciaga // Encyclopædia Britannica (ing.).