İnqrid Berqman

İnqrid Berqman (isv. Ingrid Bergman; 29 avqust 1915[1][2][…], Hedviq-Eleonora[d], Stokholm leni[d][3]29 avqust 1982[1][2][…], London) — İsveçABŞ kino və teatr aktrisası.

İnqrid Berqman
isv. Ingrid Bergman
İnqrid Berqman (1944)
İnqrid Berqman (1944)
Doğum tarixi 29 avqust 1915(1915-08-29)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 29 avqust 1982(1982-08-29)[1][2][…] (67 yaşında)
Vəfat yeri
Vəfat səbəbi süd vəzi xərçəngi
Dəfn yeri
Həyat yoldaşı
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1934-1982
Boyu 1,75 m
Mükafatları Ən yaxşı ikinci plan qadın roluna görə "Oskar" mükafatı Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı
IMDb ID0000006
İmzanın şəkli
ingridbergman.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnqrid Berqman 29 avqust 1915-ci ildə İsveçin Stokholm şəhərində anadan olmuşdur. O, 1934-cü ildə kino fəaliyyətinə başlayır. Daha sonra ABŞ-yə gedərək bir çox filmlərdə rol alır. Xüsusilə ingilis rejissor Alfred Hiçkokun filmlərindəki rolları ilə daha yaddaqalan olur. 1944-cü ildə "Qaz işığı" filmindəki roluna görə "Oskar" qazanan aktrisa 1950-ci ildə italyan rejissoru Rosselininin dəvətilə İtaliyaya gedərək orada yaşamağa başlayır.

İnqrid Berqman 1956-cı ildə teatra qayıdır və elə həmin ildə də "Anastasiya" filmindəki roluna görə ikinci Oskar mükafatını qazandı. Üçüncü və son Oskarını "Şərq ekspressində qətl" filmindəki rolu ilə əldə edən İnqrid Berqman, 1978-ci ildə yenidən İsveçə qayıdır və görkəmli isveçli rejissor İnqmar Berqmanla çoxdan gözlədiyi film layihəsini həyata keçirir.

Böyük isveçli aktrisa İnqrid Berqman 29 avqust 1982-ci ildə Böyük Britaniyanın London şəhərində vəfat etmişdir.

İl Azərbaycanca adı Orijinal adı Rol
1932 Beynəlxalq Landskamp Növbədə gözləyən qız
1935 Köhnə Qəsəbənin Kontu Munkbrogreven Elsa Edlund
1935 Sörf Bränningar Karin Ingman
1938 Dollar Dollar Denna Balzar
1939 İntermesso Il burbero Anita Hoffman
1941 Həkim Cekil və cənab Hayd Dr. Jekyll and Mr. Hyde İvi Peterson
1942 Kasablanka Casablanca İlza Lund (Laslo)
1943 Zənglər kimin üçün çalınır? For Whom the Bell Tolls Mariya
1944 Qaz işığı Gaslight Pola Olkvist
1945 Ovsunlanmış Spellbound Konstans Piterson
1945 Saratoqa gözəli Saratoga Trunk Klio
1945 Müqəddəs Məryəm zəngləri The Bells of Saint Marys Meri Benedikt
1946 Axmaq şöhrət Notorious Alisiya Huberman
1948 Zəfər abidəsi Arch of Triumph Joan Madu
1948 Janna D'Ark Joan of Arc Janna d'Ark
1950 Stromboli Stromboli, terra di dio Karin
1952 Avropa 51 Europa '51 İren Jirar
1953 İtaliyaya səyahət Viaggio in Italia Katerina Coys
1954 Qorxu La Paura İren Vaqner
1956 Anastasiya Anastasia Anastasiya
1956 Yelena və kişilər Elena et les hommes Yelena Sokorovska
1958 Əziz cənab Indiscreet Anna Kalman
1958 Altıncı dərəcəli xoşbəxtliyin karvansarası The Inn of the Sixth Happiness Qledis Eyluord
1961 Brahmsı sevirsinizmi? Aimez-vous Brahms? Paula Tesye
1963 Hedda Qabler Hedda Gabler Hedda Qabler
1964 Səfər The Visit Karla Zaxanasian
1964 Sarı Rolls-Roys The Yellow Rolls-Royce Gerda Millett
1969 Kaktus çiçəyi Cactus Flower Stefani Dikinson
1974 Şərq ekspressində qətl Murder On The Orient Express Qreta Olsson
1978 Payız sonatası Höstsonaten Şarlotta Anderqast

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]