Nubar Terziyan

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Nubar Terziyan
türk. Nubar Terziyan
Doğum adı Nubar Alyanakziya[1]
Digər adı Nubar Alyanak
Doğum tarixi
Doğum yeri İstanbul
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri İstanbul
Vətəndaşlığı
Fəaliyyəti aktyor, televiziya aktyoru
IMDb ID0856194
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nubar Terziyan (16 mart 1909, Konstantinopol14 yanvar 1994, İstanbul) — aktyor, Türkiyə ermənisi.

Nubar Terziyan 1909-cu ildə İstanbulda anadan olmuşdur[2].

1994-cü il yanvarın 14-də dünyasını dəyişib. Nubar Terziyan "Balıklı" erməni qəbiristanlığında dəfn olunub[2].

Nubar Terziyan 200-dən artıq filmdə çəkilib. Aktyor daha çox ikinci dərəcəli rolları ifa edib. 1951-ci ildə "Əfsuncu Baba", 1954-cü ildə "Kaçak", 1967-ci ildəki "Cici Gəlin" komediya filmləri xüsusilə uğurlu alınıb. 1974-cü ildə "Kismet", 1975-ci ildə "Delisin" musiqili komediya filmləri onun şöhrətini daha da bərkidib. Mehriban, nurani qoca rolu aktyorun karyerası boyu tez-tez yaratdığı obraz idi. Qoca yaşlarına qədər dayanmadan kinoya çəkilən aktyorun 1988-ci ildə sonuncu filmi "Biz ayrılmalıyız" olub[2].

Türkiyə kinosundakı xidmətlərinə görə aktyor Ankara Beynəlxalq kino festivalında "Əmək Ödülü" mükafatına layiq görülüb[2].

  1. http://www.agos.com.tr/tr/yazi/10884/iyi-ki-dogdun-nubar-terziyan.
  2. 1 2 3 4 Vüqar İsmayılov. "Türk kinosunun məşhur erməni aktyorları". Modern.az (az.). modern.az. 18.10.2013, 16:56. 2019-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-06-22.