Türkiyə erməniləri - Türkiyədə yaşayan ermənilərə verilən ümumi ad. 45.000-ə qədər erməni, İstanbulda yaşayır.[1][2] Vakıflı kəndi hazırda Türkiyədə mövcud yeganə erməni kəndidir. Kənd əhalisi cəmi 135 nəfərdir.
Ümumi sayı |
---|
60.000 (2008)[1] |
Dili |
Dini |
Qohum xalqlar |
Türkiyə erməniləri, digər müsəlman olmayan camaatlarda də olduğu kimi, xaricə köçlər, aşağı doğum nisbətləri və daha yüksək ölüm tənasübləri sayəsində, azalmaqdadır.
Türkiyədə ermənicə bugünkü etnik ermənilər arasında yalnız kiçik bir azlıq tərəfindən danışılmaqdadır. Etnik ermənilərin 82 % ana dili olaraq türk dilində danışır, yerdə qalan 18 % isə ana dili olaraq ermənicə danışır. Bu nisbət gənclər arasında daha da aşağıdır və 92 % gənc ana dili olaraq türk dilində danışır. Digər 8 % isə ermənicədən istifadə edir.[3] Kiçik azlıq tərəfindən erməni dilinin qərb ləhçəsində danışması səbəbindən, şərq ermənilərini danışıq zamanı tam anlaya bilmirlər. Ana dili olaraq türk dili ermənicənin yerini alır və buna görə Türkiyədə erməni dili (qərb ləhçəsi) yox olma təhlükəsi qarşısındadır.[4][5]