Sevan xramulyası
Sevan xramulyası | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Sinifüstü: Sinif: Ranqsız: Yarımsinif: İnfrasinif: Dəstəüstü: Ranqsız: Ranqsız: Dəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Sevan xramulyası |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
Sevan xramulyası (lat. Capoeta sevangi) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin xramulya cinsinə aid heyvan növü.
Xarakterik morfoloji əlamətləri
[redaktə | mənbəni redaktə et]Sevan xramulyası adi xramulyadan belinin basıq, bel üzgəcinin haçalı olmaması, bədənin uzunsovluğu, bel üzgəcindəki tikan şüalarının zəif inkişaf etməsilə fərqlənir. Uzunluğu 45.0 sm-ə, kütləsi 1012 q-a qədər olur.
Yaşayış yeri və həyat tərzi
[redaktə | mənbəni redaktə et]Şirin su balığıdır, başlıca olaraq çaylarda, bulaq sularında və kəhrizlərdə yaşayır, nisbətən sakit axan və dibi daşlı olan suları daha çox sevir. Ömrün uzunluğu orta hesabla 5-6 il olub, 2-3 yaşında cinsi yetkinliyə çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.[1]
Yayılması
[redaktə | mənbəni redaktə et]Azərbaycanda 3 növlə (C.capoeta, C.sevangi, C.gracilis) təmsil olunmuşdur. Yarımnövləri yoxdur. Azərbaycanda Araz çayı və onun qollarında yayılmışdır.
Cinsi statusu və çoxalma xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü üç dəfəyə tökür. Kürüsünü suyun temperaturu 18.0-20.0 0C olduqda iyun ayında tökməyə başlayır. Reproduktivliyin forması kürü şəklində olur. Kürüsünü üç dəfəyə orta hesabla 10000-14000 ədədə qədər tökür.[2] Reproduktivliyin periodu cinsi yetkinliyə çatdıqdan sonra ildə bir dəfə, hər il. Generasiyaların sayı orta ömrün uzunluğundan asılı olaraq 3-4 dəfə olur.
Limit faktorları
[redaktə | mənbəni redaktə et]Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.
Rasionu
[redaktə | mənbəni redaktə et]Əsasən bitki mənşəli qidalarla və yosunlarla qidalanır, özləri isə digər yırtıcıların qidasını təşkil edir. Yosunlar, detrit və bəzi hallarda su həşaratları təşkil edir.
Düşmənləri
[redaktə | mənbəni redaktə et]Yırtıcı balıqlar, ilanlar, balıqyeyən quşlar və balıq parazitləri.
İnsan həyatına təsiri
[redaktə | mənbəni redaktə et]Əmtəə keyfiyyətlidir. Az miqdarda həvəskar balıqçılar tərəfindən ovlanır. Ziyanvericilik xüsusiyyətləri yoxdur.
Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri
[redaktə | mənbəni redaktə et]Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin, çay yataqlarının qazılmasının, dəyişdirilməsinin qarşısı alınmalıdır.