Vaqif Məmmədov (yazıçı)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vaqif Məmmədov
1995 – 2000
Seçki dairəsi1 sayılı Sədərək
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıArif Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 28 iyul 1948(1948-07-28)
Doğum yeri
Vəfat tarixi 6 fevral 2016(2016-02-06) (67 yaşında)
Fəaliyyəti yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vaqif Məmmədov (28 iyul 1948, Sədərək, Noraşen rayonu6 fevral 2016) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin I çağırış deputatı, Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvü.

Vaqif Məmmədov 1948-ci il iyun ayının 28-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində anadan olub. Naxçıvan şəhər pedaqoji məktəbini (1968) və Naxçıvan Dövlət Universitetinin tarix fakültəsini (1975) bitirib.

1970-ci ildən bədii yazıları mətbuatda çap olunur. Şeirləri Türkiyədə, İranda, İraqda, Rusiyada, Ukraynada, Belarusiyada, Özbəkistanda, Almaniyada, Bolqarıstanda, Yunanıstanda, ABŞ-da çap olunmuşdur.

YUNESKO xətti ilə Bağdadda keçirilən Füzuli günlərində (1994), Bayburtda keçirilən 7-ci Uluslararası Dədə-Qorqud Kültür-Sənət Şölənində (2001), Ankarada keçirilən "Erməni iddiaları və Azərbaycan gerçəyi" beynəlxalq simpoziumunda (2005), Tehranda və Təbrizdə keçirilən Şəhriyar günlərində (2006), Hollandiyada keçirilən Xocalı soyqırımına aid beynəlxalq simpoziumda (2007), Pakistanda keçirilən "Sufizm və sülh" beynəlxalq konfransinda (2010) iştirak və çıxış etmiş, "Daşkənd təranəsi" beynəlxalq poeziya müsabiqəsinin (1983) və digər bir neçə beynəlxalq şeir müsabiqələrinin qalibi olmuşdur.

Azərbaycan Jurnalistlər Birliyinin (1992), Azərbaycan Yazıçılar Birliyinin (1995), İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) və Avrasiya Yazarlar Birliyinin (2010) üzvüdür.

2001-ci ildə "Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutunun yaranması və inkişaf yolu" mövzusunda dissertasiya müdafiə edib tarix elmləri namizədi elmi dərəcəsi almışdır.

1995–2000-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olub. 1968–1975-ci illərdə Sədərək kənd orta məktəbində müəllim, 1975–1978-ci illərdə Sədərək kənd 1 nömrəli orta məktəbində ibtidai siniflər üzrə direktor müavini, 1978–1982-ci illərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 1982–1995-ci illərdə həmin məktəbdə direktor vəzifələrində çalışmışdır. 1996–1998-ci illərdə Naxçıvan MR Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir.

1998-ci ilin iyun ayından Naxçıvan Dövlət Universitetinin "Qeyrət" nəşriyyatının direktoru, həmçinin universitetin "Elmi əsərlər" jurnalının redaktoru, "Fikir" jurnalının məsul redaktoru, universitetin "Jurnalistika və dünya ədəbiyyatı" kafedrasının müəllimi vəzifəsində çalışır. V.Məmmədov eyni zamanda Sədərək rayon İcra hakimiyyətinin orqanı olan "Oğuz yurdu" qəzetinin nəşrə başladığı vaxtdan (22/III-2000) 2008-ci ilin fevral ayınadək həmin qəzetin redaktoru olmuşdur.

2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüş, 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur.

2016-cı ildə vəfat edib.[1]

Ailəli idi. 4 övlad atasıdır.

Şeir kitabları

[redaktə | mənbəni redaktə et]
  1. Yaşadacaq bu yol məni. Bakı, "Yazıcı", 1987
  2. Sədərək harayı. Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1994
  3. Qeyrət qalası. Bakı, "Yurd", 1999
  4. Salam oğuz elləri. Bakı, "Çənlibel", 2001
  5. Mənə çiçək borclusan. Bakı, "Şirvannəşr", 2003
  6. Özüne dön halkım. Ankara, "Renk-ofset", 2004
  7. Bu dünyanın sevinci nə, qəmi nə… Bakı, "Şirvannəşr", 2004
  8. Vətən sığır ürəyimə. . Bakı, "Şirvannəşr", 2005
  9. Guard on reagerde du sommet. Zirvədən baxanda. (Azərbaycan və fransız dillərində). Nakhitchivan. "Gueyrat", 2007
  10. Seçilmiş əsərləri. 3 cilddə. I cild, Bakı, "Şirvannəşr", 2008
  11. Seçilmiş əsərləri. 3 cilddə. II cild, Bakı, "Şirvannəşr", 2008
  12. Ömrümün yarpaqları. Bakı, "Çənlibel", 2008
  13. Здраствуй земля Сибири. Новосибирск, "Принтинг", 2008

Bədii-publistik kitabları

[redaktə | mənbəni redaktə et]
  1. Sədərək şəhidləri. Bakı, "Şirvannəşr", 1998
  2. Unutsaq unudularıq. Naxçıvan, "Qeyrət", 2000
  3. Erməni xəyanəti. Naxçıvan, "Qeyrət", 2000
  4. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Müəllimlər İnstitutu. Bakı, "Çənlibel", 2001
  5. Heydər Əliyev və Sədərək rayonu. Naxçıvan, "Qeyrət", 2003
  6. Arazdan keçə bildim. Bakı, "Şirvannəşr", 2003
  7. Ata ömrü. Bakı, "Şirvannəşr", 2006
  8. Şexidı Sadaraka. Novosibirsk. "Printinq", 2007
  9. Ehramlar diyarının poetik tərənnümü. Naxçıvan, "Qeyrət", 2007
  10. Səni kim unudar… Bakı, "Şirvannəşr", 2009
  11. Böyük alim haqqında kiçik xatirələrim. Bakı, "Elm və təhsil", 2009
  12. Sədərəkdə yazılan gündəlik. Bakı, "Şirvannəşr", 2010
  1. Naxçıvan Muxtar Respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adı (2005).
  2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı (2007).
  1. "Tanınmış alim rəhmətə getdi". 2017-02-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-15.