Çovqan (musiqi)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Çovqan, və ya Çövkən — qədim türk hərbi musiqi aləti.

Əfzələddin Xaqani şeirlərində çovqan alətinin adına tez-tez rast gəlinir [1]. Ordu hücuma başlamazdan öncə hərbi orkestrin önündə səsləndirilən çovqan həm yürüşün başlandığını bildirir, həm də ifa olunan təranənin vəznini, ritmini saxlayır. XVI əsrdən etibarən bəzi Avropa ölkələrinin hərbi orkestrlərində çovqanabənzər alətdən istifadə edirlər.

Alət uzun bir dirəyə bağlanmış zənglər, zınqırov və cınqıraqlardan ibarətdir. Dirəyi, sapı yerə vurularaq səsləndirilirdi.[2]

  1. Ə. Xaqani. Seçilmiş əsərləri. Bakı: "EA Nəşriyyatı", 1956, səh. 97.
  2. Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti Arxivləşdirilib 2022-03-03 at the Wayback Machine. Bakı, 2004.