Abbasqulu Nəcəfzadə

Abbasqulu İsmayıl oğlu Nəcəfzadə (1 dekabr 1957, Xızı) — Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru, musiqiçi, dirijor.

Abbasqulu Nəcəfzadə
Abbasqulu İsmayıl oğlu Nəcəfzadə
Ümumi məlumatlar
Doğum tarixi 1 dekabr 1957(1957-12-01) (66 yaş)
Doğum yeri
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi

1 dekabr 1957-ci ildə Şamaxıda Astrxanovka kəndində (indiki Qızmeydan) anadan olub. Qızmeydan kəndinin adı yaşayış məntəqəsi kimi "Kitabi-Dədə Qorqud" dastanında çəkilir. Bir zamanlar bu kənd Xızının inzibati ərazisinə daxil edilmiş, sonralar Şamaxı rayonuna verilmişdir. Abbasqulu Nəcəfzadə əslən Xızının Gəmşər mahalına aid edilən Xirək kəndindəndir. Azərbaycanın bir sıra ərazilərində - Gəncə (Bərdənin yaylağı olub), İsmayıllı (qala və eyniadlı müdafiə səddi) Xirək adlı toponimlər mövcuddur.

  • 1965–1974 : 16 saylı Uşaq Musiqi Məktəbi
  • 1974–1978 : Sumqayıt Musiqi Texnikumu, kamança müəllimi, xalq çalğı alətləri orkestrinin rəhbəri
  • 1978–1983 : Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, konsert ifaçısı, kamança müəllımi və xalq çalğı alətləri orkestrinin dirijoru

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]
  • 2006 : "Azərbaycan nəfəs alətləri (orqanoloji-tarixi tədqiqat)" adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respubliaksının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 29 may 2007-ci il tarixli (protokol № 19 -k) qərarı ilə sənətşünaslıq namizədi (sənətşünaslıq üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi təsdiq edilmişdir (diplom: EN № 04560) http://www.science.az/en/referat.php?show=true&pid=1482[ölü keçid])
  • 2010 : Azərbaycan Respubliaksının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 noyabr 2010-cu il tarixli (protokol № 36 — k) qərarı ilə "Musiqi sənəti" ixtisası üzrə dosent elmi adı verilmişdir (dosent attestatı: DS № 03655)
  • 2012 : "İdiofonlu çalğı alətlərinin Azərbaycan örnəkləri, mənşəyi və yeni təsnifatı" adlı elmlər doktoru dərəcəsi almaq üçün müdafiə işini tatamlamış, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 7 mart 2014-cü il tarixli (protokol № 04 — R) qərarı ilə sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir (diplom: ED № 01540).
  • 2017 : Azərbaycan Respubliaksının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 iyul 2017-ci il tarixli (protokol № 14 — R) qərarı ilə "Milli musiqinin tarixi və nəzəriyyəsi" kafedrası üzrə professor elmi adı verilmişdir (professor attestatı: PR № 01589)

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1976-cı ildən etibarən günümüzə qədər əmək fəaliyyətini bir musiqiçi kimi fasiləsiz olaraq davam etdirir, ifaçı, müəllim, həm də müxtəlif ansamblların rəhbəri və ifaçısıdır.
  • 1976–1978-ci illərdə Bakı şəhəri H.Sarabski adına Mədəniyyət Evində "Xalq üçlüyü"ndə kamança ifaçısı.
  • 1978–1983-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun xalq çalğı alətləri ansamblının rəhbəri.
  • 1979–2009-cu illərdə Sumqayıt Musiqi Texnikumunda kamança və dirijorluq ixtisasları üzrə pedaqoq.
  • 2003–2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Musiqi sənəti" fakültəsi, "İnstrumental ifaçılıq" kafedrasının müəllimi.
  • 2005–2011-ci illərdə Azərbaycan Milli Konservatoriyası, "Milli musiqi alətlərinin təkmilləşdirilməsi" elmi-tədqiqat laboratoriyasının rəhbəri.
  • 2011–2018-ci illərdə Azərbaycan Milli Konservatoriyası, "Milli musiqinin tədqiqi" elmi-tədqiqat laboratoriyasının rəhbəri.
  • 2005–2015-ci illərdə Azərbaycan Milli Konservatoriyası, "İnstrumental muğam" kafedrasının müəllimi
  • 2009-cu ildən "Konservatoriya" elmi jurnalının redaktoru, 2010-cu ildən bu günə qədər məsul katibi
  • 2015-ci ildən Azərbaycan Milli Konservatoriyası, "Milli musiqinin tarixi və nəzəriyyəsi" (hazırda "Musiqinin tarixi və nəzəriyyəsi") kafedrasının professoru
  • 2019–2021-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq üzrə Ekspert Şurasının üzvü
  • 2021–2023-cü illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının FD 2.36 Dissertasiya Şurasının nəzdində fəaliyyət göstərən elmi seminarın üzvü

Mütəxəssis olduğu fənnlər

[redaktə | mənbəni redaktə et]
  • Musiqi təhsili və tədrisi.
  • Kamança aləti üzrə təlim və tədris (ixtisas-muğam, ixtisas-not).
  • Xalq çalğı alətləri üçün əsərlərin orkestrləşdirilməsi.
  • Pedaqoji təcrübə.
  • Azərbaycan xalq musiqisi.
  • Xalq yaradıcılığı (folklorşünaslıq).
  • İfaçılıq sənətinin tarixi.
  • Musiqi alətşünaslığı (alətçilik).
  • Musiqi tarixi.
  • Musiqi ədəbiyyatı.
  • Dirijorluq (xalq çalğı alətləri orkestri).
  • Dirijorluq təcrübəsi.
  • Xalq çalğı alətləri ansamblının rəhbəri.
  • Qədim musiqi alətlərimizin araşdırılması və bərpa layihələrinin hazırlanması.
  • Azərbaycan dilində müxtəlif janrlarda olan musiqi mətnlərininin redaktə etmək.
  • Xalq çalğı alətlərinin tədrisi metodikası.
  • Azərbaycan xalq rəqs musiqisi.
  • Etnoorqanologiya
  • İnstrumental muğam ifaçılığının metodologiyası
  • Mənbəşünaslıq
  • Muğam ifaçılığının nəzəriyyəsi
  • Muğamşünaslığın əsasları
  • Solo oxuma (xanəndəlik sənəti) tarixi
  • Solo oxuma (xanəndəlik sənətinin) müasir problemləri 
  • Xanəndəlik sənətinin nəzəriyyəsi 
  • Xalq çalğı ifaçılığının tarixi və metodologiyası

Kitablar və tədris proqramları

[redaktə | mənbəni redaktə et]
  • 2002 : Nizami Rəmzi "Mahnılar və qəzəllər". Bakı: Min bir mahnı MMС, 110 s. (tərtibçi).
  • 2003 : Azərbaycan çalğı alətlərinin izahlı lüğəti (I nəşr). Bakı: Min bir mahnı MMС, 224 s. (müəllif).
  • 2004 : Azərbaycan çalğı alətlərinin izahlı lüğəti. (Yenidən işlənmiş II nəşr). Bakı: Min bir mahnı, 224 s. (müəllif).
  • 2004 : Çalğı alətlərimiz. (kitabça). Bakı: Min bir mahnı MMC, 128 s. (müəllif).
  • 2004 : Balabançı Həsən dayının gülməcələri. Bakı: Min bir mahnı MMС, 80 s. (müəllif).
  • 2006 : Əlihüseyn Dağlı "Ozan Qaravəli". Bakı: MBM, 192 s. (tərtibçi).
  • 2006 : Azərbaycan nəfəs alətləri (orqanoloji-tarixi tədqiqat). Sənətşünaslıq namizədi dissertasiya işi. Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kitabxanası, 186 s. (müəllif).
  • 2006 : Azərbaycan nəfəs alətləri (orqanoloji-tarixi tədqiqat). Sənətşünaslıq namizədi dissertasiya işinin avtoreferatı. Ü. Hacıbəyli adına Bakı: MBM, 26 s. (müəllif).
  • 2007 : Xalq çalğı alətlərinin tədrisi metodikası (dərs vəsaiti, I nəşr). Bakı: MBM, 64 s. (müəllif).
  • 2008 : İki mahnı (Mikayıl Müşviqin 100 illik yubileyinə). . (solo, səs ilə fortepiano üçün klavir). Bakı: MBM, 16 s. (müəllif).
  • 2008 : "Xalq çalğı alətlərinin tədrisi metodikası" fənni üçün proqram. Bakı: MBM, 12 s. (tərtibçi).
  • 2008 : Muğam ensiklopediyası. Redaksiya heyətinin sədri, baş redaktor Əliyeva M. A. Bakı: Heydər Əliyev Fondu, 216 s. (yaradıcı heyətin üzvü).
  • 2009 : Müşfiqin duyğu yarpaqlari. Bakı: Təhsil, 128 s. (мüəllif).
  • 2009 : Nəğmələr. (solo, səs ilə fortepiano üçün klavir). Bakı: MBM, 16 s. (müəllif).
  • 2010 : Azərbaycan idiofonlu çalğı alətləri (orqanoloji-tarixi tədqiqat). Bakı: MBM, 280 s. (müəllif)
  • 2010: Tar, kamança, qanun və balaban ixtisası üzrə "Konsertmeyster sinfi" fənni üçün proqram. Bakı: MBM, 24 s. (həmtərtibçi).
  • 2010: Zərb alətlərinin "Not-ixtisas" fənni üçün proqram, Bakı: Elnur LTD, 34 s. (həmtərtibçi).
  • 2010: Bakalavr təhsili üzrə balaban alətinin "İxtisas-muğam" fənni üçün proqramı. Bakı: MBM, 40 s. (həmtərtibçi).
  • 2012 : İdiofonlu çalğı alətlərinin Azərbaycan örnəkləri, mənşəyi və yeni təsnifatı. Sənətşünaslıq üzrə elmlər doktoru dissertasiya işi. Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kitabxanası, 299 s. (müəllif).
  • 2012 : İdiofonlu çalğı alətlərinin Azərbaycan örnəkləri, mənşəyi və yeni təsnifatı. Sənətşünaslıq üzrə elmlər doktoru dissertasiya işinin avtoreferatı. Bakı, MBM, 42 s. (müəllif).
  • 2012 : Xalq çalğı alətlərinin tədrisi metodikası (dərs vəsaiti, yenidən işlənmiş II nəşr). Bakı: MBM, 92 s. (müəllif).
  • 2013 : Tar, kamança, qanun və balaban ixtisası üzrə (bakalavr hazırlığı) "Müşayiət sinfi" fənni üçün proqram, Bakı: MBM, 40 s. (həmtərtibçi).
  • 2013 : Xalq musiqisi sazəndə ifaçılığında (dərs vəsaiti). Bakı: MBM, 84 s. (həmmüəllif).
  • 2014 : Balaban haqqında multimedia. Bakı: Heydər Əliyev Fondu. 
  • 2016 : AMK-nın "Etnoorqanalogiya" fənni üzrə magistratura pilləsi üçün proqram. Bakı: Ecoprint, 16 s. (tərtibçi).
  • 2016 : AMK-nın "Etnoorqanalogiya" fənni üzrə magistratura pilləsi üçün dərslik. Bakı: Ecoprint, 304 s. (müəllif).
  • 2017 Muğam. Ali musiqi məktəbləri üçün dərs vəsaiti. Bakı: Ecoprint, 160 s. (həmmüəllif). 
  • 2017 : Sənətşünaslıq (6213.01 — Musiqi sənəti) üzrə elmi-tədqiqat işlərinin yazılışına dair tövsiyələr (metodik vəsait). Bakı: Ecoprint, 56 s. (müəllif).
  • 2017 : AMK-nın "İnstrumental muğam ifaçılığının metodologiyası" fənni üzrə magistratura pilləsi üçün proqram. Bakı: Ecoprint, 24 s. (tərtibçi).
  • 2017 : AMK-nın "Mənbəşünaslıq" fənni üzrə magistratura pilləsi üçün proqram. Bakı: Ecoprint, 20 s. (tərtibçi).
  • 2017 : AMK-nın "Muğam ifaçılığının nəzəriyyəsi" fənni üzrə magistratura pilləsi üçün proqram. Bakı: Ecoprint, 20 s. (tərtibçi).
  • 2017 : AMK-nın "Solo oxuma (xanəndəlik sənətinin) müasir problemləri" fənni üzrə magistratura pilləsi üçün proqram. Bakı: Ecoprint, 20 s. (tərtibçi).
  • 2017 : AMK-nın "Solo oxumanın (muğam ifaçılığının) tarixi" fənni üzrə magistratura pilləsi üçün proqram. Bakı: Ecoprint, 16 s. (tərtibçi).
  • 2017 : AMK-nın "Xanəndəlik sənətinin nəzəriyyəsi" fənni üzrə magistratura pilləsi üçün proqram. Bakı: Ecoprint, 20 s. (tərtibçi).
  • 2017 : "Kitabi-Dədə Qorqud" dastanında çalğı alətləri (tədqiqat və lüğət). B.: Elm və təhsil, 264 s. (müəllif).
  • 2017 : Ustad Nizami Rəmzidən meyxana ərməğanı. B.: Ecoprint, 144 s. (müəllif). 
  • 2018 : Mu­siqi. “Azərbaycan incəsənət tarixi”, beş cildliyindən II c. Bakı, “Şərq-Qərb”, 328 s. (müəllif).
  • 2019 : AMK-nın "İxtisas" (zərb alətlərində not ifaçılığı) fənni üzrə magistratura pilləsi üçün proqram. Bakı: Ecoprint, 32 s. (tərtibçi-həmmüəllif).
  • 2019 : AMK-nın “Mu­ğam sənəti” fən­ni üzrə ba­kalavr pil­ləsi üçün eyniadlı tədris proqramı. Bakı, “Ekoprint”, 32 s. (tərtibçi-həmmüəllif).
  • 2019 : AMK-nın “Vo­kal sənətinin mü­a­sir istiqa­mət­ləri (muğam ifaçılığı)” fən­ni üzrə magistr pil­ləsi üçün eyniadlı tədris proqramı. Bakı, “Ekoprint”, 28 s. (tərtibçi-müəllif).
  • 2019 : Ud çalğı aləti Azərbaycan qaynaqlarında (tədqiqat və lüğət). B.: Xəzər Universitəsi, 160 s. (müəllif).
  • 2020 : Xızı aşıqları. Bakı, “Xəzər Universi­tə­si”, 208 s. (həmmüəllif).
  • 2021 : Azərbaycanın döyüş ruhlu milli ritmləri. Bakı, “Nurlar”, 121 s. (müəllif).
  • 2022 : Azerbaycan mil­li üflemeli çal­gı aletleri (or­ga­no­lojik-ta­rihsel araş­tır­ma). Çe­vi­rici: Meyser Kaya. Bişkek: “Uluu Toolor”, 284 s. (müəllif).
  • 2022 : Nizami Gəncə­vi­nin yaradıcı­lı­ğın­da musiqi alət­ləri. Bakı: “Aspoliqraf”, 2022, 272 s. (müəllif).
  • 2022 : Alim Qasımov haqqında düşüncələrim (Dahi sənətkarın 65 illiyinə həsr olunur). Bakı: “Azərbaycan”, 120 s.
  1. Ərənlər (film, 2005)
  2. Udun nağılı (film, 2005)
  3. Balaban (film, 2011)
  4. 2 (film, 2009) (qısametrajlı bədii film) (balaban)