Ülvi Mirzoyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ülvi Mirzoyev
Doğum tarixi 11 avqust 1976(1976-08-11) (48 yaş)
Doğum yeri
Həyat yoldaşı
  • Leyla Mirzoyeva[d]
Uşağı 2
Təhsili
Fəaliyyəti alim, kardioloq
Elmi dərəcəsi
  • tibb elmləri namizədi[d]
Üzvlüyü
  • Azərbaycan Kardiologiya Cəmiyyəti[d],
  • Avropa Kardiologiya Cəmiyyəti[d]

Ülvi Mirzoyev (11 avqust 1976, Bakı) — Azərbaycan alimi, invaziv kardioloq, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, I Türk Dövlətləri Kardioloji Qurultayın həmsədri. Azərbaycanda koronar angioqrafiya sahəsindəki fəaliyyətləri ilə tanınır.

Mirzoyev Ülvi Əhəd oğlu 11 avqust 1976-cı ildə Bakıda anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olmuş və 1999-cu ildə məzun olmuşdur. 1999–2000-ci illərdə Elmi Tədqiqat Kardiologiya İnstitutunda internatura keçmişdir. 2000–2004-cü ildə Türkiyənin Ankara Universitetinin tibb fakültəsində təhsil almış və uzmanlıq dərəcəsi almışdır. 2009-cu ildə ABŞ-nin Ohayo ştatında yerləşən Klivlend klinikasında koronar müdaxilələrin İVUS ilə optimizasiyası, transkateter aortal qapaq implantasiyası üzrə ixtisaslaşmışdır. 2011-ci ildə Almaniyada Heydelberq Universitetində transkateter renal denervasiya üzrə ixtisaslaşma keçmişdir. 2015–2017-ci illərdə Türkiyənin Hacettepe Universitetində səhiyyənin təşkili və idarəçiliyi üzrə təhsil almışdır. 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2018–2021-ci illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində səhiyyə idarəçiliyi, 2019–2021-ci illərdə Oksford Universiteti təşkilati rəhbərlik diplomu proqramı üzrə təhsil almışdır. 2019-cu ildən Elmi Tədqiqat Kardiologiya İnstitutunda doktorantdır. 2020-ci ildə Harvard Universiteti tibb fakültəsi, səhiyyədə keyfiyyət, təhlükəsizlik, informatika və liderlik proqramını bitirmişdir. 2021-ci ildə Frankfurt Maliyyə və İdarəetmə Məktəbində beynəlxalq səhiyyə idarəetməsi üzrə biznesin təşkili üzrə magistr proqramı üzrə təhsil almış, Londonda ürək çatışmazlığı üzrə aspirantura kursu keçmişdir.[1][2]

Azərbaycan alimi, dermatoloq Leyla Mirzoyeva ilə evlidir. 2 övladı var.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ülvi Mirzoyev 2004–2007-ci illərdə İstanbul Medikal Park Hospitalda kardioloq kimi fəaliyyət göstərmiş, daha sonra fəaliyyətinə 2008-ci ilə kimi İstanbul Alman xəstəxanasında davam etmişdir. Ardınca 2008-ci ildən 2013-cü ilə kimi Mərkəzi Gömrük Hospitalında şöbə rəisi vəzifəsini tutmuşdur. 2014-cü ildə Medeks Hospitalda, 2015–2016 illərdə isə Grand Hospitalda çalışmışdır. Hazırda 2017-ci ildən Mərkəzi Gömrük Hospitalında kardiologiya şöbəsinin rəisidir. 2018-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru olmuş, 2019-cu ildən isə Ege Hospitalının kardiologiya şöbəsinin müdiridir.[2][3][4]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Ülvi Mirzoyev elmi fəaliyyətlərinin nəticələri ilə bağlı bir çox beynəlxalq konfranslarda məruzəçi kimi çıxış etmişdir.[5]

Onun fəaliyyəti nəticəsində Azərbaycanda ilk dəfə olaraq bilək nahiyyəsindən koronar angioqrafiya (angio) icra edilmişdir. Eləcə də renal denervasiya əməliyyatı, kardiomiopatiya xəstələrində alkoqol septal ablasiya əməliyyatı da Azərbaycanda ilk olaraq Ülvi Mirzoyev tərəfindən aparılmışdır.[6]

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri və İnvaziv Çalışma qrupunun rəhbəridir. Avropa Kardiologiya Cəmiyyətinin üzvüdür.[7]

  1. "TÜFD Uzman Dr. Ülvi Mirzoyev – Ege Hospital – Sağlamlığınız, sağlamlığımızdır" (ingilis). 2022-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
  2. Yuxarıda get: 1 2 "Dr. Ülvi Mirzoyev - Tibb üzrə fəlsəfə doktoru". ulvimirzoyev.com (az.). 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
  3. "Məşhur kardioloq Ege Hospitala direktor təyin edildi". Qafqazinfo (az.). 2019-05-24. 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
  4. Yol, Bizim. "Neftçilər xəstəxanasının yeni baş direktoru istefa verdi". Bizim Yol. 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
  5. "Kardioloqlarımızın məruzəsi ABŞ-da maraqla qarşılanıb (FOTO)". Trend.Az (az.). 2019-07-01. 2019-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
  6. "VAHİD MƏRKƏZLƏŞDİRİLMİŞ KİTABXANA PORTALI". neftchala.cls.az. 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
  7. "Ülvi Mirzəyev: Azərbaycanda invaziv kardiologiya sahəsində kifayət qədər inkişaf etmiş mərkəzlər mövcuddur". AzərTAC. 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]