Klivlend Klinikası

Klivlend KlinikasıABŞ-nin Ohayo ştatının Klivlend şəhərində yerləşən xəstəxana.

Klivlend Klinikası
Loqonun şəkli
Yerləşir Klivlend
Yaradılıb 1921
Xüsusiyyətlər
Çarpayı sayı 1.440

Sayt clevelandclinic.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klivlend Klinikası 1921-ci ilin fevralında 4 Klivlend həkimi tərəfindən yaradılmışdır. Bu xəstəxana 2014-cü ildə "U.S. News & World Report" jurnalı tərəfindən ABŞ-də ilin ən yaxşı 4 xəstəxanasından biri seçilmişdir.[1] Klivlend Klinikası kardiologiya və kardio-cərrahiyyə üzrə Amerika Birləşmiş Ştatlarında 1 nömrəli xəstəxana hesab edilir.[2]

Klivlend Klinikasının məşhur pasiyentləri olmuşdur: Uels şahzadəsi Çarlz, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni, Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev, Səudiyyə Ərəbistanının keçmiş kralı Xalid ibn Əbdüləziz, ABŞ siyasətçisi Bob Doul, Türkiyənin keçmiş maliyyə naziri Kamal Unakıtan, Nyu Cersi ştatının keçmiş qubernatoru Con Korzin, aktyor Robin Vilyams, boksçu Evander Holifild, boks promouteri Don Kinq və s.[3]

Heydər Əliyev və Klivlend Klinikası

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev Klivlend Klinikasında bir neçə dəfə müalicə almışdır. 1999-cu ildə o, həkimlərin məsləhəti ilə Klivlend Klinikasında əvvəlcə müayinədən keçmiş, sonra isə onun ürəyində cərrahiyyə əməliyyatı aparılmışdır.[4] 2000-ci ilin sentyabr və 2002-ci ilin fevral aylarında H. Əliyev yenidən Klivlend şəhərinə yola düşmüş və Klivlend Klinikasında müayinədən keçmişdir.[5][6]

Sonuncu dəfə Heydər Əliyevin vəziyyəti 2003-cü ilin aprel ayında Cəmşid Naxçıvanski adına hərbi litseyin məzunları qarşısında çıxış edərkən pisləşdi. Bir müddət o, Bakıda öz fəaliyyətini davam etdirsə də, səhhəti ona normal işləməyə imkan vermədi.[7] Səhhətinin pisləşməsi nəticəsində H. Əliyev iyulun 8-də tibbi müayinədən keçmək üçün Ankarada yerləşən Gülhanə Hərbi Tibb Akademiyasına,[8] avqustun 6-da isə müalicə və müayinəsini davam etdirmək üçün Ankaradan ABŞ-nin Klivlend şəhərinə yola düşdü.[9] 2003-cü ilin oktyabrında o, öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürmüş[10] və Klivlend Klinikasında səs vermişdir.[11] 2003-cü il dekabr ayının 12-də Bakı vaxtı ilə saat 19.00-da Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərinin tibb klinikasında Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan Respublikasının eks-prezidenti Heydər Əlirza oğlu Əliyev uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.[12]

  1. Kimberly Leonard. "Best Hospitals 2014-15: Overview and Honor Roll". U.S. News & World Report jurnalının saytı (ingilis). usnews.com. 15.07.2014. 2015-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08.
  2. "Best Hospitals for Adult Cardiology & Heart Surgery". U.S. News & World Report jurnalının saytı (ingilis). usnews.com. 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-08.
  3. "Cleveland Clinic. Notable patients". Vikipediya saytı (ingilis). wikipedia.org. 2022-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-09.
  4. "Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Bill Klintona - Klivlend şəhəri, 18 may 1999-cu il". Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin saytı (az.). aliyevheritage.org. 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-09.
  5. "Amerika Birləşmiş Ştatlarının prezidenti zati-aliləri cənab Bill Klintona - Klivlend şəhəri, 27 sentyabr 2000-ci il". Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin saytı (az.). aliyevheritage.org. 2017-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-09.
  6. "AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN HƏYAT VƏ FƏALİYYƏTİNİN XRONOLOGİYASI 1993-2003" (PDF). Prezident Kitabxanasının saytı (az.). preslib.az. 2015-10-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-03-09.
  7. Mahir Məmmədli. "Bu gün Heydər Əliyevin anadan olmasının 87-cı ildönümüdür". ANSPRESS saytı (az.). anspress.com. 10.05.2010. İstifadə tarixi: 2015-03-10.[ölü keçid]
  8. AzərTAc. "AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI". AzərTAc-ın saytı (az.). azertag.az. 08.07.2003. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-09.
  9. AzərTAc. "AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV KLİVLENDƏ YOLA DÜŞMÜŞDÜR". AzərTAc-ın saytı (az.). azertag.az. 06.08.2003. 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-09.
  10. "Rəhbərlik illəri. Azərbaycan Respublikasının Prezidenti (1993-2003). səh. 57" (PDF). Prezident Kitabxanasının saytı (az.). preslib.az. 2022-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-03-09.
  11. AzərTAc. "AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV KLİVLEND KLİNİKASINDA SƏS VERMİŞDİR". AzərTAc-ın saytı (az.). azertag.az. 15.10.2003. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-09.
  12. AzərTAc. "AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ, AZƏRBAYCAN RESPUBLİKASININ EKS-PREZİDENTİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN VƏFATI İLƏ BAĞLI RƏSMİ MƏLUMAT". AzərTAc-ın saytı (az.). azertag.az. 13.12.2003. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-09.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]