Aşina Xuaytao

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Aşina Xuaytao
阿史那怀道
704 – 708
ƏvvəlkiAşina Kuşrak
SonrakıAşina Syan
704 – 708
ƏvvəlkiAşina Kuşrak
SonrakıAşina Syan
Şəxsi məlumatlar
Vəfat tarixi
Fəaliyyəti hərbi lider[d]
Atası Aşina Kuşrak
Uşaqları Aşina Çhiaoho
Aşina Çi
Aşina Sin
Dini Tenqriçilik

Aşina Xuaytao (v. 708) — Çin hakimiyyətindəki qərb göytürklərinin xaqanı. Menqçi general-qubernatoru idi. Aşina Kuşrakın ölümündən sonra xaqan təyin edilmişdi.

O xaqan olmaqla bərabər həm də yaxşı diplomat idi. İmperator onu Türgiş xaqanlığının yeni hökmdarı Sakal xaqanla sülh qurması üçün göndərdi. 707-ci ildə sülh bağlayan xaqan ona knyaz titulu verərək, Türgiş xaqanlığını formal olaraq vassal halına gətirdi. 708-ci ildə öləndən sonra yerinə qohumu Aşina Syan təyin olundu.

Oğlu Aşina Sin də Çinə xidmət etmişdir. Qızı Aşina Çhiaoho Suluk xaqanla evli idi. Digər qızı Aşina Çi Şatoların rəisi Çuye Fukuo ilə evli idi.

  • Tan tarixi kitabı